Henri Nikolas Con Günter (ing. Henry Nicholas John Gunther; 6 iyun 1895, Baltimor, Merilend – 11 noyabr 1918) — ABŞ hərbçisi, çavuş. O, Birinci Dünya müharibəsi zamanı hər hansı iştirakçı tərəfdən öldürülən sonuncu əsgər hesab edilir.[1][2][3] Günter saat 11:00-dakı atəşkəsin qüvvəyə minməsinə təxminən bir dəqiqə qalmış, saat 10:59-da həlak olmuşdur.[4][5]
Henri Günter | |
---|---|
ing. Henry Gunther | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 6 iyun 1895 |
Doğum yeri | |
Vəfat tarixi | 11 noyabr 1918 (23 yaşında) |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Amerika Birləşmiş Ştatları |
Qoşun növü | piyada |
Xidmət illəri | 1917-ci ildən |
Rütbəsi | çavuş |
Döyüşlər | |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Ölümündən az əvvəl Günterin rütbəsi endirilmişdi və o, müharibənin bitməsinə az qalmış rütbəsini bərpa etmək istəyirdi.[6]
"Veteranlar Günü"ndə, 11 noyabr 2008-ci il tarixində Günterin həlak olduğu Lotaringiyanın Şomon-devan-Damville kommunasının yaxınlığındakı yerdə bir xatirə abidəsi tikilmişdir.[7] 11 noyabr 2010-cu ildə onun ABŞ-dəki məzarı yerində Merilend Alman Cəmiyyəti tərəfindən xatirə lövhəsi ucaldılmışdır.[8]