Henri Robinson Hartli (ing. Henry Robertson Hartley; d. 12 noyabr 1777, Sauthempton, İngiltərə – ö. 24 may 1850, Kale, Fransa) — ingilis xeyriyyəçi; Sauthempton Universitetinin yaradıcısı.[1][2]
Henri Robinson Hartli | |
---|---|
ing. Henry Robertson Hartley | |
Doğum tarixi | |
Doğum yeri | İngiltərə, Sauthempton |
Vəfat tarixi | (72 yaşında) |
Vəfat yeri | Fransa, Kale |
Dəfn yeri |
|
12 noyabr 1777-ci ildə İngiltərənin Sauthempton şəhərində anadan olmuşdur.
Sauthempton Universitetinin tarixi Hartlinin yardımı nəticəsində yaradılmış Hartli təhsil müəssisəsi ilə başlayır.[1] Belə ki, 1850-ci ildə Hartli ölüm ayağında olarkən elmin inkişafı və öyrənilməsi mərkəzinin yaradılması üçün Sauthempton şəhərinin Hay stritdə yerləşən malikanəsini və 103000 funt-sterlinq məbləğdə vəsaitini vəsiyyət edir.[1] Həmin dövrdə, adətən kolleclər yaradılmasına baxmayaraq, qeyri-adi xarakterə malik Hartli isə mərkəz yaradılması haqqında qərar verir.[1] Lakin onun vəfatından sonra vəsiyyətnaməyə dair uzunmüddətli məhkəmə çəkişmələri və kütləvi debatlardan baş verin.[1] Sonda bütün bunların nəticəsində Sauthemptonda institut yaratmaq qərara alınır və 1862-ci il oktyabrın 15-də baş nazir Lord Palmerstonun iştirakı ilə Hartli İnstitutunun açılış mərasimi keçirilir.[1]