Hesabat

Hesabat (ing. Report, rus. отчет) – verilmiş mövzu üzrə informasiyanın, adətən, müəyyən çap blankı, yaxud forması şəklində verilməsi. Uyğun proqramın köməyilə hazırlanmış hesabatlarda mətn, qrafika və diaqram ola bilər. Verilənlər bazalarının idarəolunması proqramlarında hesabat formaları yaratmaq və onları generasiya etmək üçün xüsusi proqramlar ola bilir.

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.