Heterogen — yunan sözü olan "heteros"dan götürülüb, "müxtəlif" mənasını verir. Sistem müxtəlif fiziki və ya kimyəvi xassələrə malik olan və bir-birindən səth bölgüsü ilə ayrılan hissəciklərdən təşkil olunduqda "heterogen" sistem adlanır.
Heterogen sistemə misal su və buz qarışığı, duzun qarışığı və onunla təmasda olan doymuş məhlul, maye və onun üzərindəki buxar və s.
Komponentlərin sayına görə sistemlər:
olurlar.
Sistem əsasən fiziki-kimyəvi analiz metodları ilə tədqiq olunur. Bu metodlar termik, mikroquruluş, rentgenoqrafik və s.-dir. Fiziki-kimyəvi analiz kimyanın bir sıra sahəsi olmaqla, müvazinətdə olan sistemdə gedən çevrilmələri fiziki və həndəsi metodların birgə tətbiqi vasitəsi ilə öyrənir. Başqa sözlə, fiziki-kimyəvi analiz sistemdə təzyiq, temperatur, həcm və komponentlərin miqdarının dəyişməsi ilə əlaqədar olaraq, fiziki-kimyəvi xassələrinin dəyişmə xarakterini həndəsəni tətbiq etməklə müəyyənləşdirir. Buradan alınan rəqəmlərə əsasən verilmiş müəyyən sistem üçün hal dioqramı qurulur ki, bu vaxt absis oxu üzərində tərkib, ordinat oxu üzərində isə onların xassələrini xarakterizə edən rəqəmlər verilir. "Tərkib-xassə" diaqramı sistemin komponentlərinin qarşılıqlı kimyəvi təsirinin xarakterini və bunun komponentlərin miqdarı nisbətlərindən asılılığını, ayrı-ayrı ərintilərin tərkibini və s. müəyyən etməyə imkan verir.