Homogen sistem

Homogen - yunan sözü olan "qomos"dan götürülmüşdü ki, o da, "eyni" mənasını verir. Sistemin daxilində fiziki halına və ya kimyəvi xassələrinə görə fərqlənən sistem hissəciklərini bir-birindən ayıran səth bölgüsü olmursa, belə sistem "homogen" sistem adlanır.

Homogen sistemlərə misal qazlar qarışığı, birincili maye məhlul, individual kristal maddə.

Sistemin asılı olmayan tərkib hissəsini təşkil edən individual maddələrə komponent deyilir. Komponent sistemdən ayrıla bilir və təcrid olunmuş halda mövcud olur. Məsələn, NaCl-in suda məhlulunda komponentlər H2O və NaCl-dir. Lakin həmin məhlulda sərbəst hissəciklər şəklində olan, məhluldan kənarda isə mövcud ola bilməyən Na+ və Cl- ionları komponent sayıla bilməz. Sistemin termodinamik xassələri onun komponentlərinin sayı ilə müəyyən edilir. Sistemin komponentlərinin sayı müəyyən edilərkən aşağıdakı qayda əsas götürülür: kimyəvi reaksiya getməyən sistemlərdə komponentlərin sayı tərkib hissələrinin sayına bərabər olur. Kimyəvi reaksiya gedən sistemləedə isə komponentlərin sayı, tərkib hissələrinin sayı ilə onların arasında mövcud olan kimyəvi reaksiyaların sayı fərqinə bərabər olur.

Sistemin növləri

[redaktə | mənbəni redaktə et]

Komponentlərin sayına görə sistemlər:

  • Birkomponentli
  • İkikomponentli
  • Üçkomponentli

olurlar.

Fiziki-kimyəvi analiz

[redaktə | mənbəni redaktə et]

Sistem əsasən fiziki-kimyəvi analiz metodları ilə tədqiq olunur. Bu metodlar termik, mikroquruluş, rentgenoqrafik və s.-dir. Fiziki-kimyəvi analiz kimyanın bir sıra sahəsi olmaqla, müvazinətdə olan sistemdə gedən çevrilmələri fiziki və həndəsi metodların birgə tətbiqi vasitəsi ilə öyrənir. Başqa sözlə, fiziki-kimyəvi analiz sistemdə təzyiq, temperatur, həcm və komponentlərin miqdarının dəyişməsi ilə əlaqədar olaraq, fiziki-kimyəvi xassələrinin dəyişmə xarakterini həndəsəni tətbiq etməklə müəyyənləşdirir. Buradan alınan rəqəmlərə əsasən verilmiş müəyyən sistem üçün hal dioqramı qurulur ki, bu vaxt absis oxu üzərində tərkib, ordinat oxu üzərində isə onların xassələrini xarakterizə edən rəqəmlər verilir. "Tərkib-xassə" diaqramı sistemin komponentlərinin qarşılıqlı kimyəvi təsirinin xarakterini və bunun komponentlərin miqdarı nisbətlərindən asılılığını, ayrı-ayrı ərintilərin tərkibini və s. müəyyən etməyə imkan verir.

  • Z.Qarayev "Qeyri-üzvi kimya", Maarif-1975.
  • Карякин Н. И., Быстров К. Н., Киреев П. С. Краткий справочник по физике / ответственный = под ред. Г. Е Петровской; ответственный = худ. ред. И. Ф. Муликова; ответственный = тех. ред. Р. К. Воронина; ответственный = кор. Н. В. Кулиева. — 2-е изд. — Москва: Высшая школа, 1964. — С. 143. — 576 с.
  • Ахметов Н. С. Раздел III, Агрегатное состояние. Растворы // Общая и неорганическая химия.