Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 59 saniyə əvvəl Dr.Wiki54 (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
|
Heydər Əliyev İrsini Araşdırma Mərkəzi — Heydər Əliyev irsinin öyrənilməsi və təbliği ilə məşğul olan qurum. Mərkəz 10 may 2004-cü ildən etibarən ümummilli liderimizin zəngin irsini – çıxışları, müsahibələri, görüşləri, bəyanatları və məktublarının mətnlərini 50 dildə geniş auditoriyaya təqdim edən “Heydər Əliyev irsi” Beynəlxalq Elektron Kitabxanasının əsasında yaradılmışdır.[1]
Mərkəzinin portalında Heydər Əliyevin fəaliyyətinin — xarici və daxili siyasət, iqtisadiyyat, neft strategiyası, ordu quruculuğu, beynəlxalq terrorizmlə mübarizə, böyük siyasətə qayıdış və s. kimi sahələri geniş əhatə olub.
Heydər Əliyev İrsini Araşdırma Mərkəzi “Heydər Əliyev irsi” Beynəlxalq Elektron Kitabxanası, Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən regional bürolar, siyasətçilər, politoloqlar, diplomatlar və tarixçilər üçün ən müxtəlif dillərdə kitablar nəşr edən nəşriyyat qrupundan ibarətdir. Mərkəz həmçinin, orijinal tədris proqramları əsasında gənc müəllimlər, ali məktəblərin magistrantları və tələbələri üçün “Heydər Əliyev irsini öyrənirik” interaktiv kursları və yay məktəbləri təşkil edir, eləcə də planetin mühüm elmi mərkəzləri ilə internet körpülər yaradır. Oxucuların böyük əksəriyyətini dünyanın tanınmış elm mərkəzləri, rəsmi qərarların qəbul edildiyi dövlət qurumları, nüfuzlu KİV orqanları, transmilli şirkətlər təşkil edir.
Mərkəzin fəaliyyəti ekspertlərdən ibarət Elmi-Redaksiya Şurası tərəfindən istiqamətləndirilir.