Heydər Əliyev Konqres Mərkəzi

Heydər Əliyev Konqres Mərkəzi - Qəbələ şəhərində, Qaraçay çayının sahilində layihələr və qlobal qərarların verildiyi görüşlərin keçirilməsi üçün fəaliyyət göstərən konqres mərkəzi.[1]

Heydər Əliyev Konqres Mərkəzi
Qəbələ şəhərində yerləşən Heydər Əliyev Konqres Mərkəzi
Qəbələ şəhərində yerləşən Heydər Əliyev Konqres Mərkəzi
40°58′53″ şm. e. 47°50′45″ ş. u.
Ölkə  Azərbaycan
Şəhər Qəbələ
Yerləşir Qəbələ şəhəri, Heydər Əliyev Prospekti 226
Tikilmə tarixi 2012-2013
Mərtəbə sayı 3
Mərtəbə sahəsi 8,5 ha
Memarlıq quruluşu Modern
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ərazisinin ümumi sahəsi 8,5 hektar olan mərkəzin layihələndirmə və tikinti işlərinə 2012-ci ilin mayından başlanılmış və 2013-cü ilin iyulunda başa çatdırılmışdır. Üç mərtəbədən ibarət olan bina 4,2 metr dərinliyində zirzəmiyə sahibdir. Birinci mərtəbədə zallar, 350 yerlik restoran və inzibati otaqlar yerləşir. Mərkəzdə 6 qüllə və zalın üzərində diametri 20 metr, hündürlüyü isə zalın döşəmə səviyyəsindən 13 metr olan günbəz düzəldilmişdir. İsveçrə istehsalı olan və səstənzimləmə xassələrinə malik materialdan istifadə olunaraq hazırlanan bu günbəz zalda akustikanın tənzimlənməsinə xidmət edir. Çoxfunksiyalı 1200 yerlik konfrans zalı isə ikinci mərtəbədədir.[2]

Tarixi[redaktə | mənbəni redaktə et]

Heydər Əliyev Konqres Mərkəzi Qəbələ şəhərinin mərkəzindən 4 km aralıda inşa edilmişdir. Mərkəzin layihələndirmə və tikinti işlərinə 2012-ci ilin mayından başlanılmış və 2013-cü ilin iyul ayında yekunlaşdırılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 14 avqust, 2013-cü il tarixində, Qəbələ rayonuna səfəri zamanı Heydər Əliyev Konqres Mərkəzinin açılışında iştirak etmişdir.[2]

Memarlıq xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Heydər Əliyev Konqres Mərkəzinin görünüşü

Mərkəz ümumi sahəsi 8,5 hektar ərazidə yerləşir və 3 mərtəbədən ibarətdir. Binanın dizaynında ağ, yaşıl və qızılı rənglərdən istifadə olunmuşdur ki, bu da təbiəti, təbii mənbələri və müasirliyi simvolizə edir.[3]

Birinci mərtəbədə - zallar, 350 yerlik restoran və inzibati otaqlar yerləşir. Mərkəzdə 6 qüllə ilə yanaşı, zalın üzərində günbəz düzəldilmişdir ki, diametri 20 metr, hündürlüyü isə zalın döşəmə səviyyəsindən 13 metr yüksəklikdədir.

İkinci mərtəbədə - konfrans zalı, səhnə, 4 vip otaq, mühafizə otaqları, artistlər və media işçiləri üçün otaqlar və geniş foye yerləşir. Konfrans zalı 1200 yerdən ibarət olmaqla, qısa müddətə konsert, iclas və bu kimi əhəmiyyətli tədbirlərin keçirilməsi üçün, kresloların aşağı enməsi ilə müstəvi halına keçə bilir. Zalın səhnəsi 92 m²-dir, qalxıb-enən platforma üzərində quraşdırılıb. Eyni zamanda, binada 18 metrlik eskalator və liftlər quraşdırılmışdır.[4]

Binanın zirzəmisində - ATS, yanğınsöndürmə otağı, anbar, avtomobillər üçün dayancaq (5769 m²), mediya işçiləri üçün otaq və foye yerləşir. Binada 18 m-lik ekskalator, həmçinin liftlər quraşdırılmışdır. Mərkəzin ərazisində 140 yerlik yeraltı qaraj mövcuddur ki, bu qaraj iki hissədən ibarətdir. 1-ci hissədə minik avtomobillərinin, 2-ci hissədə isə avtobusların yerləşdirilməsi nəzərdə tutulub.

Binanın önündə, çay üzərində eni 24 metr, uzunluğu 42 metr, yükgötürmə qabiliyyəti 100 tona qədər olan körpü tikilmişdir. Qaraçay çayının obyektin ərazisindən axan hissəsinə sahil boyunca çay daşları düzülmüşdür. Bina və binaətrafı ərazi tam elektron video nəzarətinə alınmışdır. Yanğına qarşı və yaşıllığın suvarılması üçün nəzərdə tutulan iki yeraltı su hovuzu tikilmişdir. Qaraj və konfrans zalı yanğına qarşı xüsusi sprinklerlərlə təchiz edilmişdir. Eyni zamanda, bina müasir daxili və xarici mühafizə siqnalizasiya və yanğınsöndürmə sistemləri ilə təchiz edilmişdir.[2]

Ərazisi[redaktə | mənbəni redaktə et]

Ərazisinin ümumi sahəsi 8,5 hektardır. Konqres Mərkəzinin ərazisində 140 yerlik yeraltı qaraj tikilmişdir. Qaraj iki hissədən ibarətdir. I hissədə minik avtomobillərinin, II hissədə isə avtobusların yerləşdirilməsi nəzərdə tutulub. Ərazidə bayraq meydanı və dekorativ yaşıllıq salınmışdır.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "Heydər Əliyev Konqres Mərkəzi" (az.). http://qebele-ih.gov.az. Archived from the original on 2023-02-02.
  2. 1 2 3 "Prezident Qəbələdə Heydər Əliyev Konqres Mərkəzinin açılışında iştirak edib". 2021-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-04.
  3. "Heydər Əliyev Konqres Mərkəzi". 2018-06-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-06-04.
  4. "В Габале открылся Конгресс-центр Гейдар Алиев". 2021-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-04.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]