Heydər Əliyev Meydanı — Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin şərəfinə Özbəkistanın Daşkənd şəhərində salınmış meydan.[1]
Heydər Əliyev Meydanı | |
---|---|
Heydər Əliyev Meydanı | |
Məlumatlar | |
Yerləşməsi | Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9 |
Yaradılıb | 21 iyun, 2022 |
Meydan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il 21 iyunda Özbəkistan Respublikasına dövlət səfəri çərçivəsində açılmışdır. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev açılış mərasimində iştirak ediblər. Meydan Daşkəndin Mirabad rayonunda yerləşir.[2]
Azərbaycan Prezidenti İlham Əliyev:
Əziz qardaşım Şavkat Miromonoviçin bu təşəbbüsünə, Daşkəndin mərkəzində atam Heydər Əliyevin xatirəsinə həsr edilmiş belə gözəl guşə yaradılmasına görə ona çox təşəkkür edirəm. Küçə, meydan, barelyef, gözəl park – bunlar Azərbaycan xalqının böyük Liderinin xatirəsinə, bütün Azərbaycan xalqına həqiqi qardaşlıq münasibətidir. |
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev:
Heydər Əliyev əsl vətənpərvər idi. Onun adının özü rəmzi məna daşıyır. Məlum olduğu kimi, Heydər “bələdçi” deməkdir. O, həqiqətən öz xalqının bələdçisi, lideri idi. O, öz fəaliyyətində böyük şair və mütəfəkkir Nizami Gəncəvinin müdrik sözlərinə istinad edərək həmişə deyirdi: “Doğma torpağa sevgini özümə borc bilirəm”. Bu, onun həyatının mənası idi. Onun ən böyük arzusu Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, Cənubi Qafqazda möhkəm sülhün və sabitliyin bərqərar olması idi. Azərbaycan Prezidenti hörmətli İlham Heydər oğlu Əliyev tarixi ədaləti bərpa edərək bu arzunu uğurla həyata keçirdi. |