Heydər Əliyevin Belqraddakı abidəsi — Belqradın Palilula bələdiyyəsinin ərazisində yerləşən Taşmaydan parkında ucaldılan abidə.[1]
Heydər Əliyev abidəsi | |
---|---|
| |
Ölkə | Serbiya |
Yerləşir | Belqrad |
Ünvan | Taşmaydan parkı |
Memarlıq üslubu | heykəl |
Taşmaydan parkı Belqradın Palilula bələdiyyəsinin ərazisində yerləşir. İki min il əvvəl romalılar Belqrad hakimi üçün saray tikmək məqsədi ilə bu ərazidə yerləşən karxanadan daş çıxarırmışlar. Karxananın osmanlılar dövründə də mövcudluğu onun adının yaranmasına səbəb olmuşdur. Osmanlılar dövründə Belqradda inşa olunmuş tikili və divarlar bu karxanadan çıxarılan daşlardan tikilmişdir. Taşmaydanda XIX əsrdə yaşamış bir çox görkəmli serb xadimləri dəfn olunmuşlar. Həmin əsrin sonundan başlayaraq qəbiristanlıq başqa əraziyə köçürülmüş və burada yaşıllıqlar salınmışdır. İndi bu park Belqrad sakinlərinin istirahət üçün ən çox üz tutduqları məkanlardan biridir.[1]
Parkda Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin abidələri ucaldılmışdır. Hazırda dünyanın bir çox ölkəsində ulu öndər Heydər Əliyevin adı əbədiləşdirilmiş, onun adına park və xiyabanlar salınmış, abidələr ucaldılmışdır. Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin abidəsinin Taşmaydan parkında ucaldılması ölkələrimiz arasındakı əlaqələrin yüksək səviyyədə olmasına dəlalət etməklə yanaşı, həm də serb xalqının bu dahi şəxsiyyətin xatirəsinə olan ehtiramından xəbər verir.[1]
Heydər Əliyev abidəsi 2011-ci il iyunun 8-də yenidən qurulan Tasmajdan parkının açılışı zamanı Serbiyanın o zamankı prezidenti Boris Tadiç və Belqradın meri Draqan Djilasın iştirakı ilə açılmışdır.[2] Abidənin açılışını Azərbaycan Prezidenti və Heydər Əliyevin oğlu İlham Əliyev edib.[2]
Görkəmli dövlət xadimi Heydər Əliyevin Belqrad və Buxarest şəhərlərindəki abidəsi ziyarət edilib