Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universiteti — Gürcüstanın Elm və Təhsil Nazirliyində və Təhsilin Keyfiyyətli İnkişafının Qiymətləndirilməsinin Milli Mərkəzində qeydiyyatdan keçmiş rəsmi tədris universiteti[2].
Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universiteti | |
---|---|
Əsası qoyulub | 2008 |
Tip | ali təhsil müəssisəsi |
Rektor | Novruz Bayramov |
Şəhər | Marneuli[1] |
Ölkə |
Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universiteti 2008-ci ildən fəaliyyət göstərir. Universitet Gürcüstanda fəaliyyət göstərən orta məktəblər üçün müəllim kadrları, eyni zamanda müxtəlif ixtisaslar üzrə mütəxəssislər hazırlayır[2].
Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universiteti təhsil sahəsində gürcü və dünya mədəniyyəti dəyərlərinə, demokratiya və humanizm ideyalarına və ümumi ictimai önəm daşıyan dövlət tədris və təhsil siyasətinə xidmət edir. Universitetin əsas vəzifələrindən biri vətəndaş cəmiyyətində regional inteqrasiya və demokratik dövlət quruculuğunda gedən proseslərə kömək etmək, gürcü və Azərbaycan xalqlarının mehriban qonşuluğunun tarixi təcrübəsini dirçəltməkdir[2].
Universitetin rektoru, professor Novruz Bayramovdur[1].
Təhsil ocağında müsabiqədən keçmiş 60-dan çox professor və müəllim çalışır[2].