Heydər Əliyev küçəsi (Astana)

Heydər Əliyev küçəsiAstanada Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin adını daşıyan küçə.[1]

Heydər Əliyev küçəsi
Heydər Əliyev küçəsi
Ümumi məlumatlar
Ölkə
Region Mərkəzi Asiya
Rayon Yesil
Uzunluğu
  • 1.400 m
Şərəfinə adlandırılıb Heydər Əliyev

Haqqında[redaktə | mənbəni redaktə et]

Heydər Əliyevin şərəfinə adlandırılmış küçə Astananın Yesil rayonunda yerləşir. Dördzolaqlı küçə Ulu Dala prospekti ilə kəsişir. Küçənin uzunluğu 1400 metrdir. Heydər Əliyev küçəsində dərin mənalı bir monument ucaldılıb. Bu memarlıq nümunəsinə daxil olan elementlər türk köklərinin ortaqlığını, mədəni dəyərlərin yaxınlığını və Azərbaycan xalqına hörməti vurğulayır. Monumentin üzərindəki QR-kodu skanlamaqla Heydər Əliyevin həyatı haqqında daha çox məlumat əldə etmək olar.[2]

Açılışı[redaktə | mənbəni redaktə et]

10 aprel 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevQazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev küçənin açılış mərasimində iştirak ediblər. Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev açılışına demişdir:

" “Bu hadisənin xüsusi rəmzi mənası var. Heydər Əliyev kimi dünya miqyaslı şəxsiyyətlərin xatirəsini əbədiləşdirmək və qorumaq bizim borcumuzdur. Astanada onun adını daşıyan yeni küçəni açmaqla biz bu nəcib işə mühüm töhfə veririk. Bu, Azərbaycan xalqının böyük oğluna bizim səmimi münasibətimizin və ehtiramımızın əlamətidir. Bu küçə Astana gənclərini və qonaqlarını cəlb edən yerdir. Küçə boyunca dünyada ən böyük sferik bina olan “Nur Aləm”, Astana Balet Teatrı, Mərkəzi Botanika bağı, habelə şəhərin ən iri ticarət-əyləncə mərkəzi kimi mühüm obyektlər yerləşir.[3] "

Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək deyib:

" “Mənim Qazaxıstana səfərim sona yaxınlaşır. Qonaqpərvərliyə, səmimi qəbula, mənə və bizim nümayəndə heyətinin üzvlərinə xoş münasibətə və bu gün səfər çərçivəsində bu gözəl, mən deyərdim, tarixi mərasimdə iştirak etməyimizə görə Prezident Tokayevə bir daha təşəkkürümü bildirmək istəyirəm. "

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Astanada Heydər Əliyev küçəsinin açılışı olub". 2023-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-11.
  2. "Astanada Heydər Əliyev küçəsinin açılışı olub - YENİLƏNİB". 2023-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-11.
  3. "Qazaxıstan Prezidenti: "Heydər Əliyevin xatirəsini əbədiləşdirmək bizim borcumuzdur"". 2023-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-11.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]