Heydər Əliyev və Azərbaycan ədəbiyyatı kitabı — Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının 10 dekabr 2008-ci il (protokol № 6) qərarı ilə nəşr edilmişdir. Azərbaycan Yazıçılar Birliyinin 75 illiyinə həsr etmişdir. Kitab İnstitutunun bir qrup alimi (Bəkir Nəbiyev, Yaşar Qarayev, Məhərrəm Qasımlı, Vilayət Quliyev) tərəfindən hazırlanmış və Dövlət Mükafatına layiq görülmüşdür.
Heydər Əliyev və Azərbaycan ədəbiyyatı | |
---|---|
Müəlliflər | Bəkir Nəbiyev, Yaşar Qarayev, Məhərrəm Qasımlı, Teymur Kərimli, Vilayət Quliyev, Nikpur Cabbarlı, Nizaməddin Şəmsizadə. |
Orijinalın dili | Azərbaycan |
Ölkələr | Azərbaycan |
Orijinalın nəşr ili | 2009 |
Nəşriyyat | "Şərq-Qərb" |
Tiraj | 300 |
ISBN | 978-9952-34-211-6 |
Adının 5 bölmədə (“Heydər Əliyev haqqında etüdlər”, “Heydər Əliyev və Azərbaycan folkloru”, “Heydər Əliyev və klassik ədəbiyyat”, “Heydər Əliyev və ədəbi proses”, “Heydər Əliyev və Azərbaycançılıq”) ehtiva olunduğu kitabda Ulu öndərin ölkəmizdə ədəbiyyatın inkişafına göstərdiyi diqqət və qayğı ətraflı şərh olunub[1].
Kitab 2009-cu ildə "Şərq-Qərb" nəşriyyatında çap edilmişdir, 248 səhifədən + 20 səhifə şəkildən ibarətdir. Kitabda ümummilli liderin yazıçılarla müxtəlif görüşlərində çəkilmiş fotoşəkilləri də yer alıb.