Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 0 saniyə əvvəl Dr.Wiki54 (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
“Heydər dühası” — Mirkazım Seyidovun 2013-cü ildə Heydər Əliyevin 90 illiyi münasibətilə qələmə aldığı yeddi fəsildən ibarət poema.
Heydər dühası | |
---|---|
Heydər dühası, Гений Гейдара, The genius of Haydar | |
Janr | poema |
Orijinalın dili | azərbaycan, rus, ingilis |
Ölkə | Bakı |
Orijinalın nəşr ili | 2013 |
Nəşriyyat | Elm və təhsil |
Səhifə | 389 |
Tiraj | 1500 |
ISBN | 978-5-9678-5643-8 |
Poema Abşeron rayon İcra Hakimiyyətinin Başçısı Zakir Fərəc oğlu Fərəcovun maddi dəstəyi ilə çap olunmuşdur. Təqdimat mərasimi 2013-cü il 8 may tarixində Rusiyada fəaliyyət göstərən "Heydər Əliyev adına Beynəlxalq Forumu" tərəfindən "Azərbaycan Atatürk Mərkəzi"ndə keçirilib. Tədbirdə müəllif kitabın üç illik əməyin məhsulu olduğunu bildirib.
Kitabda poema azərbaycan, rus və ingilis dillərində verilmişdir.
Poema Heydər Əliyevin doğulduğu Naxçıvan torpağının tərənnümündən – Moskva fəalliyətinə, hakimiyyətinin birinci mərhələsinə, habelə 1990-cı illərdə, Bakıya dönüşünə, gördüyü işlərin təsvirinə həsr olunub. Əsərdə 1990-cı illərdə Azərbaycanda baş verən ictimai-siyasi proseslərə geniş yer verilir.[1]
Heydər dühası [Mətn] /M. Seyidov ; red. Ə. Əsgəroğlu, V. Əskərov (Onlayn oxu)