Heydərqulu xan Abbasqulu xan oğlu Bəyləri (10 may 1905, Təbriz – 1981, Təbriz) — Cənubi Azərbaycan hərbçisi, general-mayor.
Heydərqulu xan Bəyləri | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 may 1905 |
Doğum yeri | |
Vəfat tarixi | 1981 |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Rütbəsi | general |
Heydərqulu xan Abbasqulu xanın oğlu, Mirzə Əhməd xan Bəylərinin nəvəsidir, Ağacan xanın nəticəsidir. Atası Abbasqulu xan İran kazak diviziyasının polkovniki idi. Özü də 1919-cu ildə hərbi məktəb leytenant rütbəsi ilə bitirmişdi.
Heydərqulu xan Bəyləri 1926-cı ildə Salmas hərbi hissəsində baş verən qiyamın yatırılmasında iştirak etmişdi.
1930-cu illərdə Maku, Sərdəşt, Sobucbulaq əməliyyatlarında iştirak etmişdi.
Heydərqulu xan Bəyləri "Bir əsgərin xatirəsi" kitabının müəllifidir.
Şəxs və ya bioqrafiya ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |