Hibiya hadisəsi (日比谷焼打事件, Hibiya yakiuchi jiken?) – Rus-yapon müharibəsini sonlandıran Portsmut sülh müqaviləsinə etiraz olaraq 5 sentyabr 1905-ci ildə Tokioda başlayan şəhər iğtişaşı.
Hibiya hadisəsi | |
---|---|
Hücum yeri |
Tokio, Yaponiya |
Vaxt |
5 sentyabr 1905 |
Həlak olanlar | 17 |
Yaralılar | 500+ |
Vikianbarda əlaqəli mediafayllar |
Yaponiya donanması Rusiya donanmasını Tsuşima döyüşündə məğlub etməsinə, Port-Arturu ələ keçirməsinə və Mukden döyüşündə qələbə qazanmasına baxmayaraq Yaponiya ordusu Mancuriyada çox qalmış və Yaponiya iqtisadiyyatı artıq müharibə xərclərinə görə geriləməyə başlamışdır. Aktual müharibə vəziyyətini qəbul etməyən aktivist qruplar Portmust müqaviləsinin onlara sərf etməyən şərtlərinə etiraz etmək üçün Tokionun mərkəzindəki Hibiya parkında yığışmışdırlar. Etirazçılar xüsusilə Lyaodun yarımadasının və Saxalin adasının yarısının Rusiyaya qaytarılmasını və Rusiyanın Yaponiyaya heç bir təzminat ödəməməsinə etiraz etmişdirlər.
Etirazçılar Hibiya parkında 5 sentyabr 1905-ci ilin axşamında toplaşmağa başlamışdırlar, lakin polislər parkın darvazalarına barikadalar qurmuşdurlar. 30.000 nəfərlik izdiham parka daxil olmağa çalışsa da, polislər darvazaları açmaqdan imtina etmişdirlər. Kütlə iğtişaş çıxarmış, İmperiya sarayına yürümüş və iki gün boyunca şəhərdə iğtişaşlar törətmişdir.
İğtişaş başa çatana qədər iğtişaşçı kütlə 350-dən çox tikiliyə zərər vermişdir. Bu tikililərə daxili işlər nazirinin iqamətgahı və şəhərdəki polis məntəqələrinin 70%-i daxildir. 17 nəfər öldürülmüş, 450-dən çox polis, 48 yanğınsöndürən və vətəndaş yaralanmış, yüzlərlə insan həbs olunmuşdur. Tokiodakı iğtişaş xəbəri Kobe və Yokohamada da təsirə səbəb olmuş, bir neçə ay boyunca Yaponiyada yüzlərlə dinc mitinq, nitq və görüş keçirilmişdir. İğtişaş baş nazir Katsura Taronun kabinetinin 7 yanvar 1906-cı ildə dağılmasına səbəb olmuşdur.
Hibiya hadisəsi Yaponiya tarixində Populyar zorakılıq erası adlandırılan dövrün başlanğıcıdır. Növbəti 13 il boyunca Yaponiyada zorakı etirazlar seriyası (təkcə Tokioda 9 müxtəlif iğtişaş) davam etmişdir. Dövr 1918-ci ildə Düyü üsyanlarının baş verməsi ilə bitmişdir.