Hicran Firudin qızı Bağırova (1951) — Azərbaycan Tibb Universitetinin II mamalıq-ginekologiya kafedrasının müdiri, Azərbaycanın Əməkdar həkimi (2008), Azərbaycanın elm xadimi (2021),[1] tibb elmləri doktoru (2000), professor.
Hicran Bağırova | |
---|---|
Hicran Firudin qızı Bağırova | |
Doğum tarixi | 1951 |
Elmi dərəcəsi | tibb elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | Azərbaycan Tibb Universiteti |
Təhsili | |
Tanınmış yetirməsi | Təranə Bayramova |
Mükafatları |
Bağırova Hicran 1951-ci ildə anadan olub. 1967-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1973-cü ildə institutu bitirmişdir. 1975–1977-ci illərdə Moskva şəhərində Ümumittifaq Onkologiya Elmi Mərkəzində kliniki ordinatura keçmiş və 1977-ci ildən 1993-cü ilə qədər həmin Elmi mərkəzin ginekologiya şöbəsində baş laborant, həkim, kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1984-cü ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1991-ci ildə SSRİ Elmlər Akademiyası tərəfindən "ali dərəcəli həkim" adı verilmişdir. 1993-cü ildə Azərbaycan Tibb Universitetinin II mamalıq-ginekologiya kafedrasında assistent, 1998-ci ildə dosent vəzifəsinə seçilmiş, 2003-cü ildən hal-hazıra qədər kafedra müdiri vəzifəsinə təyin edilmişdir[2].
ATU-nini Böyük Elmi Şurasının, II Müalicə-profilaktika fakültəsinin Elmi Şurasının üzvüdür, Respublika mama-ginekoloqlarının elmi cəmiyyətinin sədr müavinidir, ATU-nun nəzdindəki D.03.011 Dissertasiya Şurasının üzvü, ETMGİ-nin Elmi Şurasının üzvüdür, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi tibbi Şuranın plenum üzvüdür, Alman-Azərbaycan mama-ginekoloqlar cəmiyyətinin sədridir.
2000-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2008-ci ildə "Azərbaycan Respublikasının əməkdar həkimi" fəxri adına layiq görülmüşdür.[1]