Əliyev Hidayət Məcid oğlu (17 noyabr 1957, Ardanış, Krasnoselsk rayonu – 24 yanvar 1992, Daşaltı, Şuşa rayonu) – taqım komandiri
Əliyev Hidayət | |
---|---|
Hidayət Məcid oğlu Əliyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 17 noyabr 1957 |
Doğum yeri | |
Vəfat tarixi | 24 yanvar 1992 (34 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Şəhidlər xiyabanı |
Vətəndaşlığı | |
Uşaqları | Səxavət və Samirə |
Atası | Əliyev Məcid |
17 noyabr 1957-ci ildə Göyçə mahalının Ardanış kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur.
Ali məktəbi bitirib təyinatla Aşqabad şəhərində iki il işlədikdən sonra doğma kəndlərinə qayıtmışdır.
1991-ci ilin oktyabrından milli orduya könüllü getmişdir. Baş leytenant rütbəsində taqım komandiri kimi Xocavəndin Qaradağlı kəndində fəaliyyətə başlamışdır. O öz taqımı ilə 28 gün kəndi müdafiə etmişdir.
26 yanvar 1992-ci ildə Daşaltı əməliyyatında qəhrəmancasına həlak olmuşdur. Lakin onun meyidi 1 ay sonra Semaşko xəstəxanasının meyidxanasından tapılmış və Şəhidlər xiyabanında dəfn edilmişdir.