Hidayət Ramazanov

Hidayət Əjdər oğlu Ramazanov (6 sentyabr 1973, Əbrəqunis, Culfa rayonu18 may 1992, Sədərək rayonu, Naxçıvan Muxtar Respublikası) — Birinci Qarabağ müharibəsi Şəhidi

Hidayət Ramazanov
Hidayət Əjdər oğlu Ramazanov
Şəxsi məlumatlar
Doğum tarixi 6 sentyabr 1973(1973-09-06)
Doğum yeri
Vəfat tarixi 18 may 1992(1992-05-18) (18 yaşında)
Vəfat yeri
Dəfn yeri
Dəfn tarixi 27 may 1992
Vətəndaşlığı
Milliyyəti Azərbaycanlı
Atası Əjdər Ramazanov
Anası Güləsər Ramazanova
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Ordusu
Qoşun növü Milli Ordu
Xidmət illəri 1991-1992
Rütbə Əsgər
Döyüşlər Sədərək döyüşləri

Həyatı[redaktə | mənbəni redaktə et]

Ramazanov Hidayət Əjdər oğlu 6 sentyabr 1973-cü ildə Culfa rayonunun Əbrəqunus kəndində anadan olub.[1]

Təhsili[redaktə | mənbəni redaktə et]

1980-ci ildə Əbrəqunus kənd tam orta məktəbinin birinci sinfinə daxil olub. 1990-cı ildə həmin məktəbin onuncu sinfini bitirib. Həmin il Samara Əlvan Metallurgiya Texnikomuna qəbul olub.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Texnikomda oxuyarkən hərbi xidmətə getmək üçün çağırış vərəqi alır. 1991-ci il dekabr ayının 22-dən Naxçıvan Milli Ordusuna daxil olub hərbi xidmətə başlayıb. İki ay Naxçıvanda xidmət edəndən sonra 1992-ci ilin fevral ayında Sədərək kəndinə göndərilir. 1992-ci ilin mayın 18-də Mil dağında gedən döyüşlərdə şəhid olub.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Səriyyə Salahova. "Bir kəndin tarix yazan qəhrəmanları". ikisahil.az (az.). 2023-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 mart 2023.
  2. "Naxçıvanın qeyrət qalası-Sədərək". 2023-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-11.