Hidravlik zərbə (Su çəkici)(ing. Water hammer) boru sistemində su sürətinin sürətlə dəyişməsi nəticəsində yaranan təzyiq dalğasıdır. Suyun boruya təsiri ilə bir səs ortaya çıxır və vuruşun adı buradan gəlir.
Hidravlik zərbə müxtəlif səbəblərə görə boru kəmərlərində baş verə bilər. Bunlara misal olaraq, nasos motorunun qəfil kəsilməsi, xəttin bağlanması / açılması və nasosun işə salınması kimi qaçılmaz səbəblər var. Su çəkicinin nəticəsi olaraq boru kəmərində dövri olaraq yüksək təzyiq və aşağı təzyiq dəyərləri yaranır. Boru və ya xəttdəki digər elementlər bu təzyiqlər altında zərər görə bilər. Bu səbəblərə görə boru kəmərlərinin dizaynı zamanı su çəkici hesablanmalı və xəttə zərbəni önləmək üçün elementlər quraşdırılmalıdır.
Boruda zamandan asılı hərəkət və davamlılıq tənliklərini həll etməklə hesablana bilər. Bu tənliklər iki üsulla həll edilə bilər. Bunlar qrafik həll metodu və ədədi həll metodudur. Qrafik metodları sadəliyi və praktikliyi səbəbindən uzun müddətdir istifadə olunur. Bununla birlikdə, qrafik hüdudlarından kənarda olan bölgələri hesablamaq və boru kəməri boyunca zamanla təzyiqin dəyişməsini görmək mümkün deyil.
Bugünkü bilgisayarların yüksək yaddaş tutumu və işləmə sürəti sayəsində ədədi metodla daha detallı və dəqiq bir hesablama edilə bilər. Hər cür hidravlik elementlər (nasos, təzyiq tənzimləmə klapanı, yoxlama klapanı, hava qazanı və s.) riyazi olaraq modelləşdirilə bilər və Hidravlik zərbə tənliklərinin həllində sərhəd şərti kimi istifadə edilə bilər.