Hiko məbədi

Hiko məbədi (飛行神社, Hiko-cinca?, hərf.Uçuş məbədi)Yaponiyanın Kioto prefekturasının Yavata şəhərində yerləşən şintoist məbədi. Bəşəriyyətin aviasiya nailiyyətlərinə və aviasiya qəzası qurbanlarına həsr olunmuşdur.

Şintoizm
Hiko məbədi (飛行神社?)
Həsr olunub Niqihayahi[d]
Yerləşməsi
Ölkə Yaponiya Yaponiya
Prefektura Kioto prefekturası
Şəhər Yavata
Memarlıq
Tikdirəni Çuhaçi Ninomiya
Hiko məbədi xəritədə
Hiko məbədi
Hiko məbədi
Saytı
hikoujinjya.com
Şintoizm terminologiyası

Məbədin tarixi Yaponiyada aviasiyanın qabaqcılı olmuş Çuhaçi Ninomiya ilə bağlıdır. O, aviasiya tədqiqatları zamanı baş vermiş qəzaların qurbanlarını yad etmək məqsədilə 1915-ci ildə bu məbədi qurmuş, məbədi Yaponiya mifologiyasında uçan gəmi ilə Yerə enən günəş ilahı Niqihayahi-no-mikotoya həsr etmişdir.[1]

Çuhaçinin 1936-cı ildəki ölümündən sonra məbəd növbəti 20 il ərzində tərk edilmiş vəziyyətdə qalmışdır. Daha sonra onun oğlu məbədi bərpa etdirmiş və 1989-cu ildə Çuhaçinin aviasiya prinsiplərini kəşf etməsinin 100 illiyi münasibətilə məbəd ərazisini genişləndirmiş, yunan memarlığı üslubunda məbəd tikdirmiş və məbədə bitişik kiçik aviasiya muzeyi yaratmışdır.[1]

Xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]

Məbədin əsas ibadətgahı üç səcdəgahdan ibarətdir. Mərkəzi səcdəgah Niqihayahi-no-mikotoya, sağ səcdəgah aviasiya qəzasında ölən şəxslərə və aviasiyanın qabaqcıllarına, sol səcdəgah isə yapon farmakologiya sənayesinin tanınmış simalarına həsr olunmuşdur.[2]

Məbədin dua zallarından biri Qərb memarlığı üslubundadır. Bu zal Çuhaçinin modelləri üçün ilham mənbəyi olan heyvanlarla bəzədilmiş sütunlara və şüşə dekorasiyalarına malikdir. Məbədə bitişik olan aviasiya muzeyində Çuhaçinin əşyaları və onun ixtiraları (eskizlər, fotolar, çərpələnglər, təyyarə modelləri) sərgilənir. Aviasiya həvəskarları tərəfindən muzeyə yüzlərlə təyyarə modeli bağışlanmışdır.[2]

Hiko məbədi aviasiya işçiləri arasında populyar ibadət yeridir. Pilotlar və raketçilər göydə təhlükəsizlik arzulamaq üçün bu məbədə gəlirlər.[1] Məbədin illik festivalı 29 apreldə baş tutur və bu festivalda aviasiya qəzası qurbanları yad edilir. 9 iyun tarixində məbəddə Çuhaçinin ad günü qeyd olunur.[3]

  1. 1 2 3 "Hikō Jinja—Shrine of Flight". Atlas Obscura (ingiliscə). 3 noyabr 2023. 2023-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 mart 2024.
  2. 1 2 "Hiko Jinja Shrine". Yavata şəhərinin rəsmi saytı (ingiliscə). 2023-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 mart 2024.
  3. "飛行神社のご祭礼". Məbədin rəsmi saytı (yaponca). 2023-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 mart 2024.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]