Hiller gölü

Hiller gölü (ing. Hillier) — Avstraliyanın Reşerş arxipelaqında yerləşən Hiller gölü özünün qeyri-adi rəngi ilə diqqəti cəlb edir. Uzunluğu 600 metr[1], eni isə 200 metr olan bu göl 1802-ci ildə kəşf olunmuşdur. Göl çəhrayı rəngdədir. XX əsrin əvvəllərində bu göldən duz çıxarılmağa başlanılmış və bu proses 6 il davam etmişdir. Bu gölün qeyri-adi rəngini tədqiq etmiş və əvvəlcə belə qərara gəlmişlər ki, bu göldə bitən mikro-yosunların duzlu suya buraxdığı qırmızı maddənin nəticəsində əmələ gəlir. Digər bir versiyaya görə isə gölün bu cür rəng almasının səbəbi orada yaşayan xüsusi mikroorqanizmlərdir. 1950-ci ildə aparılan bir sıra araşdırmalar nəticəsində bu iddialar öz təsdiqini tapmadı. Bir müddət sonra da aparılan tədqiqatlar da nəticəsiz qaldı və indiyə kimi gölün bu cür rəngə boyanmasının səbəbi sirr olaraq qalmaqdadır. Hiller gölünə yalnız hava yolu ilə getmək mümkündür[2]..

Hiller
ing. Hillier
Ümumi məlumatlar
Eni 0,25 km
Uzunluğu
  • 0,6 km
Sahəsi
  • 0,015 km²
Yerləşməsi
34°05′45″ c. e. 123°12′10″ ş. u.HGYO
Ölkə  Avstraliya
Hiller xəritədə
Hiller
Hiller
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
  1. "Guide to Asia - Lake Hillier - Australia". 2004. 2013-09-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-08-31.
  2. "Озеро Хиллер — самое необычное розовое озеро в Австралии". countofworld.ru. 2013-05-29. 2015-09-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-07-20.