Hilmi Durgun (1981, Antalya ili) — aqrar mühəndis və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.[1]
Hilmi Durgun | |
---|---|
Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı | |
Vəzifədədir | |
2 iyun 2023-cü ildən | |
Seçki dairəsi | 2023 — Antalya |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1981 |
Doğum yeri | |
Vətəndaşlığı | Türkiyə |
Partiya | |
Təhsili |
Hilmi Durgun 1981-ci ildə Antalya ilində anadan olub. Süleyman Dəmirəl Universiteti Aqrar Bölməsindən məzun olub.[1]
Kənd təsərrüfatı sahəsində çalışıb.[1]
Uzun illərdir MHP üzvüdür. MHP Antalya il şöbəsinin sədr müavini və sədri vəzifələrində çalışıb.[1]
2023-cü ildə MHP namizədi olaraq Antalya ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Kənd Təsərrüfatı, Meşə və Kənd Məsələləri Komissiyasının üzvü vəzifəsində təmsil olunub.[1]
İngiliscə bilir. Evli və 1 uşaq atasıdır.[1]