Himyarilər

Himyarilər — Qədim Sami xalqı.

Beləliklə eramızdan əvvəl 115-ci ildə Səba dövlətinin hakimiyyəti sona yetdi. Himyarilər adında olan digər sülalə onların yerini tutdular. Himyarilər Ərəbistanın cənub əhalisinin bir qəbiləsindədir ki, Zəfarda hakim olmuşlar. Bu qəbilə ilk dəfə Ərəbistanın cənubunun çox kiçik bir hissəsinə hakim idilər, lakin get-gedə hökumət dairələrini genişləndirdilər. Himyar dövlətinin ömrü əsas etibari ilə təxminən Səba dövlətinin ömrünə bərabərdir. Elə buna görə də bəzi tarixçilər bu dövləti Səba dövlətinin ikinci dövrü kimi qəlmə verirlər. Himyarilər hakimiyyəti iki dövrə bölünür:

  • 1. Səba dövlətinin süqutundan 300-ilə qədər olan dövr;
  • 2. Həbəşilərin bu məntəqəyə hücumuna qədər olan dövr;

Birinci dövrün şahları Səba və Zurəydan adlanırdılar ki, bu Qətban və Himyar hakimilərinə məxsus olan bir ad idi. Üçüncü əsrdə Şimr Yuhariş adlı cəngavər padşah HədrəmautYəmən nahiyələrini də öz əlinə keçirdi. Bununla da Himyarilərin hakimiyyətinin ikinci dövrü başlandı.

Miladi tarixinin dördüncü əsrində Əbu Kərb Əsəd özünü Taud və Pəhamə adlı hər iki məntəqənin şahı elan etdi. Şahları tubbə adlanan Himyar dövləti miladi tarixinin 525-ci ilinə qədər, yəni Həbəşilərin onların torpaqlarına olan hücumuna qədər davam etdi.

Himyarilər dövləti təsis olunduğu ilk andan (Səba dövləti kimi) Roma imperiyasının işğalçı təcavüzləri ilə üzləşdilər və buna görə də yavaş-yavaş öz hakimiyyət dairələrini genişləndirirdilər. Onlar Hindistanla şərqi Afrika arasında olan ticarət yolunu ələ keçirmək istəyir, eləcə də çeşidli ticarət məhsuluna malik olan Buxur torpağına da sahib olmağa çalışırdılar.

Eramızdan 25-il əvvəl Alius Qalius qoşunla Ərəbistanın cənubuna hücum etdi və bir neçə gün müddətində Mərəbə yetişdi. Hətta Hicazı ələ keçirərək Nəcran vadisinə qədər irəlilədi. Amma tezliklə su qıtlığından və başqa çətinliklərlə üzləşdiyindən geri çəkilməyə məcbur oldu.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]