Hind bağayarpağı (lat. Plantago indica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bağayarpağı cinsinə aid bitki növü.
Hind bağayarpağı | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Hind bağayarpağı |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Birillik, ot bitkisi olub, hündürlüyü 40 sm, kökü qısa, möhkəm budaqlı iyəbənzər gövdəyə malikdir. Yarpaqları qarşı-qarşıya xətti olmaqla, bütövkənarlıdır. Çiçəkləri burulmuş, yumurtavari-şarşəkilli olur. Uzun başcıqlı çiçəkləri gövdə üzərindəki yarpaqların arasında yerləşir. Tumurcuqları çəhrayı-qəhvəyi, qonur meyvələri isə elliptik kapsul içərisində yerləşir.
Bitkinin yerüstü hissələri şaxələnmiş, yarpaqları gövdə üzərində müxtəlif olmaqla yerləşir. Ölçüsü 0.6–4 sm-ə qədər olur. Yarpaqlarının uzunluğu 7 sm, xətti-bütövkənarlı və ya seyrəkdişlidir. Çiçəkləri kiçik, sıx, yumurtaşəkilli və uzunsov olmaqla, çoxsaylı başcıqlıdır. Çiçəkləri ən çox hallarda gövdənin zirvəsində yuxarı şaxələnmələrdə olur. Bitkinin rəngi çəhrayı-qonur çiçəklərinin rəngi isə qonur-yaşıldır. İyi yoxdur, dadı isə azacıq acıdır. Toxumları uzunsov-oval, qayıq formalı olmaqla, kənarlarının daxili hissəsi əyridir. Bir tərəfi qabarıq, digər tərəfi isə basıqdır. Mərkəzin çökük tərəfində zolaq, ağımtıl xal yerləşir. Toxumu parlaq, sürüşkən, tünd-qəhvəyi, demək olar ki, qara rənglidir. Uzunluğu 1,7–2,3 mm, eni 0,6–1,5 mm-ə bərabərdir. Suda selik əmələ gətirir, iyi və dadı yoxdur.
Quru yamaclarında, eyni zamanda rütublətli yerlərdə bitir.
Bitki çiçəkləyən dövrdə toplanılır. Toxumun toplanılması barvermə ərzində həyata keçirilməlidir. Xammal bir sutqadan gec olmayaraq sərilməlidir. Quruduqdan sonra təmizlənməlidir.
Xammalı hiqroskopik olduğundan rütublətli yerlərdən uzaq tutulmalıdır. Işıqdan qorunan quru, yerlərdə, parça kisələrə yığılmalmaqla saxlanılmalıdır. Saxlama müddəti 3 ildir.
Toxumu aukubin qlükozidi, selik, zülal və yağdan ibarətdir.
Tərkibində selik, karotinoidlər, flavonoidlər və tannin vardır. Təzə yığılmış bağayarpağı bitkisi şirə çəkmək üçün dərman xammalı kimi istifadə edilir. Bağayarpağının becərilən kulturası və yetkin toxumu keyfiyyətli dərman kimi istifadə edilir.
Təzə yarpaqlarından acıbağayarpağı soku alınır ki, bu da qastrit və xroniki kolitlərin müalicəsində istifadə olunur.
Nəmliyi ən azı 70%, təbii rəngini itirmiş yarpaqları 5%, üzvi maddələri 2%, mineral maddələri isə 1%-dən çox deyildir.