Hind samuru (lat. Lutrogale perspicillata) və ya Hamarxəzli samur — Dələkimilər fəsiləsinə daxil olan, yarımsu həyat tərzi keçirən nəməli növü. Adından da görümdüyü kimi bu növə daxil olan canlıların xəzləri digər samurlara nisbətdə daha hamar olur.
Hind samuru | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Hind samuru |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Bu növə Hindistanın şərq ərazilərindən tutmuş Cənub-Şərqi Asiyaya, İraqın bəzi ərazilərdə rastlanılır.[3]
Hind samurları əsasən iri meşə çayları ətrafında, bataqlıqlarda yayılırlar. Bununla belə yaxşı yaşayış yeri tapmaq üçün quruda uzun məsafələri belə qət edə bilirlər.
Özləri üçün yuvaları yeraıtı dəliklərdə və ya qayalıqların arasında qururlar. Bəzən isə qunduzlar kimi yuva hazırlayırlar.
Hind samurları həssas növlər siyahısına daxildir. Onların arealı və saylarında azalma müşahidə edilir. Buna səbəb su-bataqlıq ərazilərinin azalması, brakonerlik və suların pestisidlərlə zəhərləndirilməsidir.
Hind samuru 7—11 kq arası çəkiyə, 1.3 m uzunluğa sahib olur. Digər samurlar kimi onlarında barmaqları arasında pərdə vardır. Hind samurunun tükləri qısa olduğundan xəzi daha hamardır. Xəzinin rəngi açıqdan tutmuş tünd qəhvəyi tonlar arasında dəyişir.
Hind samurlarının qida rasionuna həşəratlar, qurdlar, xərçəngkimilər, qurbağalar, gəmiriçilər, quşlar daxildir. Ancaq onlar daha çox sürünənlər və balıqları daha üstün tuturlar. Balıqlar onların qida rasionunun 75-dən 100 % qədərini təşkil edir.
Hind samurlarında monoqam çütlüklər əmələ gətirirlər. Bu növdə çütləşmənin dəqiq vaxtı bilinməsə də, mussonların təsirinə məruz qalan ərazilərdə çütləşmə avqustan dekabra qədər davam edir. Boğazlıq dövrü 61—65 gün davam edir. Ortalama 2-5 arası bala doğurlar. Yeni doğulan balalar kor və köməksiz olurlar. Artıq 30 günlüyündə gözləri açılır, 60 günlüyündə isə artıq üzməyi bacarırlar. Cinsi yetkinliyə 2 yaşında çatlırlar.