Pestisid (lat. "pestis" - yoluxucu xəstəlik, "sido" - öldürürəm, məhv edirəm) ― bitki zərərverici və xəstəliklərinə, alağa, taxıla və taxıl məhsullarına, oduncağa, pambıq məmulatları, yun, dəri, həmçinin insan və heyvanlarda təhlükəli xəstəlik yayanlara qarşı mübarizədə istifadə edilən kimyəvi maddədir.[1][2]
Pestisidlər və ya kimyəvi zəhərli maddələr, kənd təsərrüfatında becərilən mədəni bitkiləri və məhsulları ziyanvericilərdən qorumaq, eləcə də bitkilərin məsuldarlığını artırmaq üçün istifadə olunur.
Tədqiqat nəticəsində məlum olmuşdur ki, hər il dünyada istehsal olunan dənli bitkilərin üçdə biri ziyanvericilər və fitopatoloji göbələklər vasitəsilə məhv olur. Bitkilərin ziyanvericiləri və xəstəlik törədənləri əsasən həşəratlar, gənələr, yumuşaq bədənlilər, nemotodlar (həlqəli qurdlar), fitopotogen göbələklər, bakteriyalar, viruslar və bitki mənşəli orqanizmlərdir. Kənd təsərrüfatının əsas ziyanvericilərindən biri də gəmiricilərdir. İnsanlar üçün təhlükəli xəstəliklər və epidemiyalar yayan ziyanverici həşəratlar və gənələrdir. Onlar malyariya, isitmə, ensefalit, vəba, taun kimi qorxulu xəstəliklərin yaranması və yayılmasında əsas rol oynayırlar. Bir sıra dərman preparatları vasitəsilə peyvəndlər aparılır, eyni zamanda kəşf olunan zəhərli kimyəvi maddələrin köməyi ilə epidemik xəstəlikləri yayan ziyanvericilər məhv edilir.[3]
Kimyəvi tərkibinə görə bütün pestisidlər iki qrupa bölünür:
Pestisidlər istifadə məqsədinə görə aşağıdakı əsas qruplara bölünür:[5][6][7]
İnsektisidlər | həşəratlarla mübarizə üçün |
Akarisidlər | gənələri məhv preparatlar |
Nematosidlər | bitkilərdə nematod xəstəliyinin törədicisi olan girdə qurdları məhv edən preparatlar |
Funkisidlər | bitkilərdə göbələklərin törətdiyi xəstəliklərə qarşı |
Bakterisidlər | bakteriyalarla mübarizə üçün |
Virisidlər | virusları məhv edənlər |
Herbisidlər | alaq bitkilərini məhv edənlər |
Zoosidlər | gəmiriciləri məhv edən zəhərlər |
Antifidinqlər | cücülərin qidalandığı şeydən qorxub çəkindirən maddələr |
Molyuskosidlər | zərərli ilbizləri məhv edən maddələr |
Bitkilərin inkişafını sürətləndirən və ya ləngidən kimyəvi maddələr də pestisidlərə aid edilir. Bir sıra pestisidlər — defoliantlar və desikantlar, pambığın maşınla yığılması zamanı tətbiq edilir. Xalq təsərrüfatında herbisidlər, insektisidlər və funkisidlər daha çox istifadə edilir. Bu maddələrə tələbat ildən-ilə artdığından, yeni preparatlar kəşf edilir və onların istehsalı artıq zavodlar tərəfindən həyata keçirilir.[3]
Həşaratlara, alaq otlarına və ziyanverici heyvanlara təsir mexanizminə görə pestisidlər bir neçə qrupa ayrılır:
Alaq otları ilə mübarizədə tətbiq olunan herbisidlər:
Dünyada 100 min.-dən artıq, üzvi birləşmələr hesabına, pestisid istifadə olunur. Onlar həyatımızda mühüm rol oynasalarda, digər tərəfdən uzun müddət yer qabığında qalaraq, ekoloji mühitdə qarşısı alınmaz təhlükələr yaradırlar. Zəhərlik dərəcəsinə görə pestisidləri aşağıdakı kimi ayırmaq olar:
Yüksək zəhərli | LD50 | heyvanların hər 1kq çəkisinə 50mq təşkil edir |
Zəhərli və güclü | LD100 | heyvanların hər 1kq çəkisinə (50÷200)mq təşkil edir |
Orta zəhərli | LD500 | heyvanların hər 1kq çəkisinə (200÷1000)mq təşkil edir |
Az zəhərli | LD1000 | heyvanların hər 1kq çəkisinə 1000 mq-dan çox təşkil edir |
Hər bir pestisidin istifadə sahəsi onun ətraf mühitdə qalma müddətindəndə asılıdır. Pestisidlərin bu xassəsi "persistent" adlanılır. Digər xassələrdən biri isə — orqanizimdə pestisidin metabolizm müddəti və orqanizmdən kənar olma mexanizmi — "kumilyativ" adlanır. Mövcüd olan pestisidlərin sintez olunan zavodlarda təhlükəsizlik qaydalarının pozulması (məs. tullantıların su hövzələrinə və atmosferə buraxılması), onların daşınması, saxlanılması qaydalarına əməl olunmaması, həmçinin səpələnməsi zamanı dozaların çox olması və s. nəticə etibarilə ekoploji mühitin korlanmasına gətirib çıxarır.[8][9][10]
Hər hansı bir rayonda 1 ha şum sahəsinə və ya çoxillik əkinlərə, yaxud rayonun ümumi torpaq sahəsinin 1 ha-na hər il verilən pestisidlərin ümumi kütləsi.
Pestisidlər bir çox ətyeyən heyvanlar, xüsusən də quşlar üçün zərərlidir. Quşlar DDT və digər xlor üzvi pestisidlərə qarşı xüsusilə həssasdırlar, çünki onlar metabolizm kalsiumuna müdaxilə edir və yumurtlayan yumurtaların qabıqlarının incəlməsinə səbəb olur. Bu, yumurtaların mexaniki stresə qarşı müqavimətinin azalmasına və nəticədə çoxalmanın müvəffəqiyyətinin azalmasına səbəb olur. Bir çox pestisidlər çox davamlıdır və istifadə olunduğu yerdən uzaqlara yayılır. Məsələn, 1960-cı illərin ortalarında DDT kimyəvi maddənin istifadə olunduğu yerdən çox uzaqda — Antarktikada pinqvinlərin qaraciyərində tapılıb.
İndi DDT bütün inkişaf etmiş ölkələrdə qadağandır. Bununla belə, nisbətən ucuzdur və hələ də müəyyən vəziyyətlərdə, məsələn, malyariya ağcaqanadlarına qarşı mübarizədə yaxşı bir vasitə hesab olunur. Müəyyən bir pestisidin istifadəsinə qərar verərkən çox vaxt iki pislikdən daha kiçikini seçmək lazımdır. Məsələn, bir çox ölkələrdə malyariya DDT-nin köməyi ilə tamamilə məhv edilmişdir.
Müəyyən edilmişdir ki, DDT plasentadan keçir və hətta DDT ilə sənaye təması (qida ilə qəbul) olmayan qadınlarda embrionların və ya ölü doğulmuş uşaqların toxumalarında olur.
Pestisidlər (konservantlar daxil olmaqla) tez-tez allergiya, diatez və bəzi digər xəstəliklərə səbəb olur. Heyvanların və bitkilərin bütün toxumalarına nüfuz edən sistemli pestisidlər xüsusilə təhlükəlidir.
Pestisidlərdən istifadənin ümumi təsiri növlərin müxtəlifliyini azaltmaqdır. Ümumiyyətlə, pestisidlər aşağı trofik səviyyələrdə də məhsuldarlığı artırır, yuxarılarda isə azalır.
1962-ci ildə amerikalı bioloqun kitabı R. Carson Səssiz Bahar (ing. Səssiz Bahar).
2017-ci ildə BMT ekspertləri qida təhlükəsizliyi üçün pestisidlərin zəruri olduğu iddiasının yalan olduğunu bəyan etdilər.