Hindistan–Maldiv adaları münasibətləri

Hindistan–Maldiv adaları münasibətləri — Hindistan və Maldiv adaları arasında mövcüd ikitərəfli əlaqələr. İki ölkə arasında mübnasibətlər xoş niyyətlidir. İqtisadi, siyası və hərbi baxımdamn strateji əhəmiyyət daşıyır. Hindistan Hind okeanı regionunda strateji maraqları çərçivəsində Maldiv adalarında sülh və sabitliyin qarantı kimi çıxış edir. iki ölkə arasında ilk diplomatik əlaqələr 1966-cı ildə[1][2][3].

Hindistan-Maldiv adaları münasibətləri
Hindistan və Maldiv adaları
 Hindistan  Maldiv adaları

Maldiv adaları Hindistanın Laşşadvip adaları regionundan cənubda, Şri-Lankadan isə 700 km cənub-qərbdə yerləşir. 1966-cı ildən Maldiv adaları ilə Hindistan hərbi, iqtisadi, siyasi və mədəni baxımdan isti münasibətlər qurmuşlar. Hindistan bu ölkəyə daim dəstək göstərir. Üstəlik Hindistan Şri-Lankanın iqtisadi baxımından Maldivlərə ola biləcək təziqini neytrallaşdırır. Belə ki, Şri-Lanka Maldiv adalarının əsas iqtisadi tərəfdaşıdır.

İki tərəfli münasibətlərin inkişafı

[redaktə | mənbəni redaktə et]

1976-cı ildə Hindistan və Maldiv adaları sərhədlərinin demarkasiyasaını həyata keçirmişlər. Ancaq 1982-ci ildə Maldiv adaları Prezidenti Mömün Əbdül Qayum qonşuluqda yerləşən Minikoy adasının əslində Maldivlərə məxsus olmasını bildirmişdir. Ada maldivlərə verilməli olduğu bəyan edilmişdir. Bundan sonra iki ölkə arasında diplomatik skandal yaşayır. Bir müddət sonra isə Madiv adaları rəsmi şəkildə adaya iddia etmədiyini bəyan etmişdir. 1981-ci ildə Hindistan və Maldiv adaları arasında ticarət müqaviləsi imzalanır. Hər iki ölkə Cənubi Asiya Regional Əməkdaşlıq Assosiasiyasının təşkilatçılarındandır. Üstəlik Cənubiasiya azad iqtisadi zonasının üzvlərindəndirlər[1][2][4].

«Kaktus» əməliyyatı

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: «Kaktus» əməliyyatı

Maldiv adaları Prezidenti Mömün Əbdül Qayumun hamiyyətdən uzaqlaşdırılması ilə əlaqədar hələ 19801983-cü illərdə cəhdlər göstərilmişdir. Ancaq onların hamısı uğursuzluqkla nəticələnmişdir. 1988-ci ili noyabrında üçüncü cəhd isə beynəlxalq aləmin Maldiv adalarına yönəlməsinə səbəb olmuşdur. Tamil Pələnglərinin 80 nəfərdən ibarət olan qrupu Male adasına basqın təşkil etmişdir. Onlardan bir çoxu turist qismində adalarda əvvəllərdə olmuş və kəşfiyyat işləri aparmışlar. Hindistan hərbiçiləri buna qarşı əməliyyat təşkil edirlər. 3 noyabr 1988-ci ildə Hindistan Hərbi Hava Qüvvələrinə məxsus İl-76 təyyarəsi aqradan Male Beynəlxalq hava limanına doğru uçuş təşkil edir. Artıq Qayumun müraciətindən 12 saat sonra hind ordusu adalara daxil olur. Hindistan desantçıları hava limanını ələ keçirirlər. Qısa müddət ərzində dövlət əhəmiyyətli binalar nəzarətə götürülür. Tamil pələnglərinin bir qismi zəbt olunmuş gəmidə Şri-Lanka istiqamətində hərəkət etməyə başlayırlar. Girovlar azad edildikdən sonra muzdlular əsir alınır. Muzdlular arasında qaçanlar olsa da, sonradan tutularaq Maldiv adaların təhvil verilir. Atışmalarda 19 nəfər həlak olur. Onlarında böyük qismi muzdlular olur. Ölənlər arsında əsir götürülənlər də olmuşdur. Adada hərbi çevrilişin qarşısı uğurla alınmışdır.

Ticarət əlaqələri

[redaktə | mənbəni redaktə et]

«Kaktus» əməliyyatının uğurla bitməsindən sonra Maldiv adaları və Hinsdistan arasında ticarət dövriyyəsi sürətlə artmağa başlayır. Hindistan adaların iqtisadi potensialını artırmaq məqsədi ilə ona yardımlar göstərir. Səhiyyə, mülki aviasiya və telemamunikasiya sahələrinə yatırımlar qoyulur. Hindistan Maledə İndira Qandi adına hospital inşa edir. Hindistan dövlət bankı Maldiv adalarında iqtisadi inkişafı təmin etmək məqsədi ilə 500 milyon dollar yardım ayırır. İki ölkə balıqçılıq sahəsində qarşılıqlı fəaliyyət barədə razılığa gəlmişlər.

  1. 1 2 "Maldives - India relations". Library of Congress Country Studies. 2008-09-17 tarixində arxivləşdirilib.
  2. 1 2 "Maldives, Sri Lanka and the "India Factor"". Himal South Asia Magazine. 2008-05-29 tarixində arxivləşdirilib.
  3. Devin T. Hagerty. South Asia in World Politics. Rowman and Littlefield. 2005. 102–103. ISBN 0-7425-2587-2.
  4. "Action plan to strengthen bilateral ties with Maldives". The Hindu Business Line. 2008-09-17 tarixində arxivləşdirilib.