Hindistan–Türkmənistan münasibətləri

Hindistan–Türkmənistan münasibətləriHindistanTürkmənistan arasındakı ikitərəfli münasibətlər. Hindistan Türkmənistanın müstəqilliyini 26 dekabr 1991-ci ildə tanımışdır. İkitərəfli əlaqələr 20 aprel 1992-ci ildə[1].

Hindistan–Türkmənistan münasibətləri
Hindistan və Türkmənistan
 Hindistan  Türkmənistan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatının üzvüdür.

Tarixi[redaktə | mənbəni redaktə et]

Türkmənistan Prezidenti Saparmurat Niyazov 1992-ci ildə Hindistana ilk səfərini təşkil etmişdir. İkinci səfər isə 1997-ci ildə tə.şkil edilir.

Hindistan 30 яyanvar 1994-cü ildə Aşqabadda[2] səfirliyini açmışdır. Türekmənistan isə Nyu-Dehlidə səfirliyə sahibdir. Türkmənistan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Paraxat Xommad oğlu Durdıyevdir[3]. 1995-ci ildə Hindistanın baş naziri Pamulaparti Venkata Narasimha Rao Türkmənistanda rəsmi səfərdə olmuşdur. Səfər zamanı ikili əməkdaşlıqlarla bağlı çpoxlu sənəd imzalanmışdır[4].

24-26 may 2008-ci ildə Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Hindistanda üç günlük rəsmi səfərdə olmuşdur[5].

İqtisadi əməkdaşlıq[redaktə | mənbəni redaktə et]

TƏPH[redaktə | mənbəni redaktə et]

Türkmənistan, Əfqanıstan, Pakistan və Hindistan birlikdə yeni bir qaz xətti üzərində işləyirlər. Qaz xəttinin çəkilişi 2017-ci ilin əvvələrində bitməlidir[6]. TƏPH qaz kəmərinin uzunluğu 1,735 olmalıdır. Əsasən Türkmənistanın şərq rayonlarındakı yataqlardan çıxarılan qaz nəql ediləcəkdir. 2018-ci ildə bu kəmərlə hər gün 90 mln m³ qaz nəql ediləcəkdir. Bunun 38 mln m³ Hindistana nəql ediləcəkdir. Qaz kəməri Türkmənistan qazını Əfqanıstan, Pakistandan keçməklə Hindistana çatıracaqdır. Layihənin illik güçü 33 mlrd m³ olaraq düşünülür[7]. Layihənin dəyəri $7,9 mlrd dollar olaraq qiymətləndirilir[8]. 30 olliyinə imzalanmış müqaviləni Türkmənistanın «Türkmənqaz», Hindistanın GAIL və Pakistanın Inter State Gas Systems[9][10] şirkətləri imzalamışdır.

Mədəniyyət əlaqələri[redaktə | mənbəni redaktə et]

Hindistan və Türkmənistan qədim mədəni əlaqələrlə sahibdirlər. Türkmənistanda hind filmləri çox populyardır, hər həftə dövlət televiziyasında himnd filmləri göstərilir.

2000-ci ilin avqust və sentyabr aylarında Türkmənistanda hind mədəniyyət günləri və Hindistanda türkmən mədəniyyət günləri keçirilmişdir. Türkmənistandan olan 18 nəfərdən ibarət 2003-cü ilin sentyabrında Hindiostanı ziyarət etmişdir. Onlar Dehli, Çandiqarhe, Dehradune və Mussori şəhərlərində konsertlər vermişdir. «Bhangra» və «Giddha» 10 nəfərdən ibarət olan qrupları 2005-ci ilin avqustunda Aşqabadı ziyarət etmişdir. Cammu və Kəşmir ştatlarının 17 nəfərdən ibarət qrupu 21-28 oktyabr 2006-cı ildə Türklmənistan Respublikasının müstəqilliyinin 15 illiyi münasibəti Aşqabada dəvət olunmuşlar. Hər il Hindistan hökuməti mədəniyyət proqramı çərçivəsində 8 təqaüd təklif edir. Türkmənistanlı bir şagirdin Kendriya Universitetində hind dili öyrənmək üçün də bir yer təmin edir[11].

Mənbə[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Türkmənistanla diplomatik əlaqələr qurmuş dövlətlər
  2. "AMBASSADORS OF INDIA TO TURKMENISTAN". 2013-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-21.
  3. Дипломатические представительства и консульские учреждения Туркменистана за рубежом
  4. "Hindistan-Türkmənistan əlaqələrinə baxış". 2011-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-21.
  5. "Гурбангулы Бердымухамедов посетил в Нью-Дели мавзолей Абдурахим хана". 2013-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-21.
  6. http://www.mea.gov.in/Portal/ForeignRelation/Turkmenistan-June-2012.pdf
  7. "Газопровод ТАПИ предложено достроить до России через Казахстан". 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-21.
  8. "Слишком крутой маршрут". 2015-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-21.
  9. "Газопровод ТАПИ: кто обеспечит его безопасность?". 2013-07-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-11-21.
  10. "Презентация проекта газопровода ТАПИ состоится осенью в Сингапуре, Нью-Йорке и Лондоне". 2015-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-21.
  11. "Mədəniyyət sahəsində əməkdaşlıq". 2011-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-21.