Hindistanda çayçılıq — Hindistan Respublikasında çay plantasiyalarının salınması, çay əkini materiallarının yetişdirilməsi, yaşıl çay yarpağının istehsalı və emalı ilə məşğul olan kənd təsərrüfatı və yeyinti sənayesi sahəsi[1].
Hindistan dünyada çay istehsalının həcminə görə ikinci yerdədir[2].
Yerli əhali çay içkisindən geniş istifadə etdiyi üçün istehsalın 70 %-i daxili tələbatın ödənilməsinə yönəldilmişdir[2].
Beynəlxalq bazarlara ildə təxminən 200 min ton çay çıxarılır[2].