Çayçılıq

Şri-Lankada çay toplama

Çayçılıq — çay plantasiyalarının salınması, çay əkini materiallarının yetişdirilməsi, yaşıl çay yarpağının istehsalı və emalı ilə məşğul olan kənd təsərrüfatı və yeyinti sənayesi sahəsi.[1]

Çayçılıqda ən çox çay bitkisinin (Camellia sinensis) iki əsas variantı işlənilir: Camellia sinensis var. sinensis Çin çaylarının böyük hissəsi üçün, C. sinensis var. assamica isə puer[2] və Hindistan (Darcilinq çayından başqa) çayları üçün işlənilir.[3]

Çayın kultivasiyası ən gec Çjou sülaləsi dövründə (e.ə. 1046-256) başlamışdı. Han sülaləsi dövründə, çayçılıq inkişaf etmişdi və Tan sülaləsi (618-907) dövründə, çay içmə artıq yayımladığına görə, ilk böyük sahəli çay plantasiyaları peyda oldu.[4] Çay haqqında ilk kitab, Çayın kanonu (çin. 茶經) Lu Yu tərəfindən 760-cı və 780 illərin arasında yazılmışdı. Orada bitkinin özü, onu becərmək üçün işlədilən alətlər, yarpaqların keyfiyyətiç çay hazırlamaq üçün alətlər, plantasiyaların və tanınmış çayxorların tarixi haqqında bəhs olunur.[5]

Yaponiyanın Nara dövründə (710-794), Tan sülaləsinin paytaxtı olan Çanqan şəhərinə gələn diplomatik missiya rəssamlıq və ədəbiyyat kimi Çin mədəniyyətinin nümunələri ilə tanış olublar. O cümlədən, bu olay yaponların çayla ən erkən rastlaşması sayılır.[6] Heyan dövründə (794-1185), 804-cü ildə Yaponiya hökuməti dini öyrənmək üçün Kukai və Saiço adlı rəhibləri Çinə göndərib. 814-cü ildə yazılan Şoryoşu-da qeyd olunur ki, Kukai Çində ilk dəfə çay içmişdi. O, Yaponiyaya 806-cı ildə qayıtmışdı.[7] Kukai Yaponiyada Buddizmin Şinqon məktəbinin, Saiço isə Tenday məktəbinin əsasını qoymuşdu. Hesab olunur ki, onlardan ya biri, ya hər ikisi Yaponiyaya Çindən ilk çay ağacları gətirib.[6]

Üç krallığın yaddaş qeydləri (kor. 삼국유사) əfsanə yığımıda olan Kaya əfsanəsinə görə, Koreyaya ilk çay ağacı Ayuta (ehtimal ki, əfsanədə Hindistandaki Ayodxya nəzərdə tutulur) şahzadəsi Ho Huan Oq tərəfindən gətirilib və Çhanvon şəhərinin yaxınlığında yerləşən Pequolsan dağında əkilmişdi.[5]

1768-ci ildə Londonda yerləşən Kyu kral botanika bağlarında yeganə çay ağacı uğurla əkilmişdi. Bu çayçılığın Britaniyanın koloniyalarında perspektivi olduğunu göstərmişdi. 1778-ci ildə ingilis botanik Cosef Bənks Britaniyanın Ost-Hind şirkətinə Çinin monopoliyasını qırmaaq üçün Hindistanda çayçılıqnan məşqul olmaq təklif etmişdi.[8]

Çay ağacının əslən gəldiyi ərazi müasir Yunnan, Sıçuan, (ÇXR) şimali MyanmaAssam (Hindistan) bölgələri əhatə edir.[9] Halbuki, Assamda çayın böyük miqyaslı istehsalı ancaq 1820-ci illərdə Britaniyanın Ost-Hind şirkəti tərəfindən başladılmışdı. Bundan əvvəl, burda çay sinqpho (və ya cinqpo) etnik qrupunun ənənəvi içkisi idi.[10] 1815-ci ildə Assamda yabanı çay ağacı mövcudluğu haqqında şayiələr yayımlağa başlamışdı. Lakin, onlar təstiqlənəndə, C. sinensis var. assamica Çin variantından aşağı səviyyəli olaraq sayılırdı.[8] Britaniyayılar Çinin monopoliyasını qırmaq məqsədi ilə Hindistanda çayçılıqnan məşğul olmağa başlayıblar. Onlar Çin əkmə və becərmə üsullarını, Çin çay toxumlarını gətirib, istəyi olan hər bir Avropalıya Assamda çayçılıq üçün torpaq təklif edirdilər.[11]

1850-ci illərdə çayçılıq Assamdan Nilgiri və Darcilinq bölgələrinə yayımlanmış. Bu günə qədər, həmin üç bölgə Hindistanın əsas çay istehsalı bölgələridir. Seylon (müasir Şri Lanka) əvvəl qəhvə istehsal edən yer idi. Bura Coffea arabica ərəblər tərəfindən gətirilmişdi və bir müddət bu ada dünyanın ən böyük qəhvə istehsalçısı olmuşdu. Lakin, 1869-cu ildə adada aşkar olunmuş qəhvə pası adlı göbələk xəstəliyi buna son qoymuşdu. Seylonda ilk çay ağacı 1839-cu ildə əkilmişdi.[8]

İstehsalçı ölkələr

[redaktə | mənbəni redaktə et]

Hazırda Çin, Hindistan, Keniya, Şri-Lanka, Türkiyəİndoneziya dünyanın çay istehsal edən ən böyük ölkələridir. Bu ölkələrdə istehsal edilmiş çay məhsullarının təxminən 60-65 faizi daxili tələbatın ödənilməsinə, 35-40 faizi isə ixraca yönəldilir. Hazırda beynəlxalq bazarlarda bir kiloqram quru çay yarpağının qiyməti 2,65 ABŞ dolları səviyyəsindədir.[12]

border=none Əsas məqalə: Çində çayçılıq

Çay istehsalının həcminə görə dünya bazarında ən böyük istehsalçılardan olan Çin Xalq Respublikası hər il xaricə 300-350 min ton çay ixrac edir. Dünya bazarlarındakı paylarını artırmaq, yeni bazarları öyrənmək və yeni çay brendlərini formalaşdırmaq məqsədilə bu ölkədə 157 iri çay şirkətinin və 34 elmi tədqiqat institutunun iştirakı ilə Çin Çay İstehsalçıları Assosiasiyası yaradılmışdır.[12]

border=none Əsas məqalə: Hindistanda çayçılıq

Dünyada çay istehsalının həcminə görə ikinci yerdə qərarlaşmış Hindistanda yerli əhali çay içkisindən geniş istifadə etdiyi üçün istehsalın 70 faizi daxili tələbatın ödənilməsinə yönəldilir və beynəlxalq bazarlara təxminən 200 min ton çay çıxarılır.[12]

border=none Əsas məqalə: Keniyada çayçılıq

Keniyada çay istehsalçılarının 90 faizinin plantasiyalarının ərazisinin 0,4 hektardan az olmasına baxmayaraq, yüksək yarpaq çıxımına malik sortlardan istifadə olunması hesabına 2013-cü ildə bu ölkə dünya bazarına 370 min ton çay ixrac etmişdir.[12]

border=none Əsas məqalə: Şri-Lankada çayçılıq

Çay yarpağının istehsal həcminə görə dünyada dördüncü yeri tutan Şri-Lankada "Seylon çayı" brendi altında qara, yaşıl və ağ Seylon çayları istehsal edilir.[12]

border=none Əsas məqalə: Türkiyədə çayçılıq

Türkiyə Respublikasında çay bitkisi, əsasən, Qara dəniz sahillərində yerləşən Rizə vilayətində yetişdirilir. Çay yarpağı istehsalının həcmində qara çay sortlarının böyük payı vardır. Yerli bazarın qorunması məqsədilə ölkəyə idxal olunan çaylara 145 faiz gömrük rüsumu tətbiq edilir.[12]

border=none Əsas məqalə: Azərbaycanda çayçılıq

Azərbaycanda çay bitkisi ilk dəfə XIX əsrin sonlarında əkilmişdir. Sovet dövründə çay plantasiyalarının sahəsi genişləndirilərək 13,4 min hektara, yaşıl çay yarpağı istehsalı 34,5 min tona çatdırılmışdır. Eyni zamanda, ölkədə çay yarpağı emal edən 14 müəssisənin və 2 çayçəkici fabrikin tikilməsi ildə 45 min ton çay yarpağının emalına imkan yaratmış, ölkə əhalisinin quru çaya olan ehtiyacının 65-70 faizinin yerli istehsal hesabına ödənilməsini təmin etmişdir. Ölkədə 21 min hektara yaxın ərazinin təbii iqlim şəraiti, torpaqlarının mövcud vəziyyəti Azərbaycan ərazisində çay bitkisinin becərilməsinə imkan verir.[12]

Lakin 1990-cı illərdən etibarən ölkədə çay sahələri və istehsalı tədricən azalmağa başlamış və 2010-cu ildə çay plantasiyalarının sahəsi 587 hektara, məhsul istehsalı 545 tona düşmüşdür. 2016-cı ildən başlayaraq çayçılığın inkişafına məhsul istehsalçılarının marağının artırılması istiqamətində görülən tədbirlər sayəsində 2017-ci ildə çay plantasiyalarının sahəsi 2010-cu illə müqayisədə 2 dəfə artaraq 1114,3 hektara, məhsul istehsalı isə 42,2 faiz artaraq 775,2 tona çatmışdır.[12]

Beynəlxalq çay günü

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Beynəlxalq çay günü

Təhsil və Ünsiyyət Mərkəzinin təşəbbüsü ilə hər il dünyada dekabr ayının 15-i Beynəlxalq çay günü kimi qeyd edilir.

  1. "Çayçılıq haqqında" Arxivləşdirilib 2022-03-19 at the Wayback Machine Azərbaycan Respublikasının 17 dekabr 2002-ci il tarixli, 402-IIQ nömrəli Qanunu. e-qanun.az  (az.)
  2. [1]
  3. [2]
  4. [3]
  5. 1 2 Şablon:Ouvrage Sitat səhvi: Xətalı <ref> etiketi; ":0" adı bir neçə dəfə müxtəlif məzmunla verilib
  6. 1 2 Heiss, Mary Lou; Heiss, Robert J. The Story of Tea: A Cultural History and Drinking Guide. Ten Speed Press. 2007. ISBN 978-1-58008-745-2.
  7. Sen Sōshitsu XV. The Japanese Way of Tea: From Its Origins in China to Sen Rikyū. University of Hawaii Press. 1998. ISBN 978-0-8248-1990-3.
  8. 1 2 3 [4]
  9. [5]
  10. Gokhale, Nitin A. The hot brew: the Assam tea industry's most turbulent decade. Guwahati: Spectrum Publications : Distributors, United Publishers (2005 tarixində nəşr olunub). 1998. ISBN 978-81-85319-82-7.
  11. Colleen Taylor Sen. Food Culture in India. Greenwood Publishing Group. 2004. səh. 26. ISBN 978-0-313-32487-1.
  12. 1 2 3 4 5 6 7 8 "“Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında" Arxivləşdirilib 2022-03-19 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2018-ci il tarixli, 3660 nömrəli Sərəncamı. e-qanun.az  (az.)