Hindistanda toy adətləri - Hindistan mədəniyyətinin tərkib hissəsi.
Hind tоylаrı özünün ənənəviliyi ilə fərqlənir, min illər əvvəl оlduğu kimi indi də еynilə yеrinə yеtirilir, toylardakı ritual və ənənələrin kökü Vedalara əsaslanır. Hind cəmiyyətində toy təkcə iki insanın, iki qəlbin birləşməsi deyil, toy gəlinin və bəyin ailələrini birləşdirir. Həmin andan hörmət və şərəf ailənin hər bir üzvünə aid olur. Toy adəti hər bir hindusun həyatında ən vacib mərhələlərdən sayılır. Buna görə də onun hazırlanmasına, keçirilməsinə böyük əhəmiyyət verilir. Hinduslar inanırlar ki, toy adətləri ər və arvadı sonrakı 7 həyatda bağlayır və toy hindusların həyatında 16 sanskardan (sirli qurbanvermə) biridir.
Ənənəyə görə, ailə qurmaq üçün gənc oğlan və qız seçilərkən qoroskopa baxılır, gənclərin xaraktercə bir-birinə uyğun gəlmələri nəzərə alınır ki, ailə həyatları ziddiyyətlər içində keçməsin, həmişə razılıq olsun. Toydan bir həftə öncə brahman gəlir, oğlanla qızın ulduz falına baxır. Çünki, ulduzlar toya yaxın birləşirlər. Əgər belə olmasa, toy ya təxirə salınır, ya da ləğv olunur.
Hind toyu toyaqədərki mərasimlərdən, toy mərasimindən, toydan sonrakı rituallardan ibarətdir. Şimali Hindistanın toy mərasimləri Cənubi Hindistanın toy mərasimlərindən müəyyən qədər fərqlənir. Cənuba doğru toylarda dravid elementləri diqqəti daha çox cəlb edir[1].
Vedalara uyğun olaraq, hindus toy adətləri müqəddəs qurban odunun yanında "vipra" (brahman kahini) və "purohitin" (sıravi brahman) iştirakı ilə keçirilir. Bəyin və gəlinin evi svastika ilə bəzədilir. Svasti –"su asti" qədim veda ayinləri də xoşbəxtliyi, uğuru, rifahı ifadə edir. Müqəddəs odun qarşısında keçirilən mərasimin mənası budur ki, qadın ərini Tanrı kimi qəbul etməlidir və başa düşməlidir ki, əri olmadan onun həyatınln heç bir mənası yoxdur. Əri olmadan qadının ruhani dünyaya yolu bağlıdır, ər qadın üçün tanrının özüdür. Qadın isə əri üçün tanrının qiymətli hədiyyəsidirToya qədər "tilak" (tilak, saqan və ya saqayi) adlanan nişan mərasimi baş tutur. Vedalarda təntənəli, şənlik içində keçən "tilak" mərasimləri haqqında da məlumat verilir. Hindistanda ər və onun ailəsi mötəbər sayılır, kişi başlanğıc (puruşa) üstün tutulduğundan öz qızı üçün bütün ömrü boyu "dharma"ya əsaslanan həyat sürəcək nəcib ər tapmaq hər bir ailənin arzusudur. "Tilak" mərasimində məhz bu arzu əksini tapır. Adətən, "tilak" toya bir ay qalmış baş tutur. Mərasimin vaxtı hər iki ailənin arzusu və imkanları ilə müəyyənləşir. Bu mərasimdə hər iki ailədən kişilər iştirak edir. Mərasim zamanı gəlinin atası qohumları ilə birgə bəy evinə gedərək bəyin alnına qırmızı şafran və sarıkök tozundan hazırlanmış müqəddəs "tilak" işarəsi qoyur, bununla da bəyin ailəsi onu quda (qayınata) kimi qəbul edir.
Toya 15 gün qalmış Qaneş tanrısına həsr olunmuş "Barni Bandhvana" mərasimi keçirilir. Valideynlər Qaneş tanrısından toy mərasiminə əngəl törədə biləcək bütün əngəlləri aradan qaldırmağı diləyir, toya qədər hər gün bəy və gəlinin ailələri bu tanrıya ibadət edirlər. Maharaştrada isə toydan 15 gün əvvəl keçirilən "Kelvan" mərasimi zamanı bəy və gəlinin evində tayfa tanrısı olan "Kuladevta"ya ibadət olunur, sonda qonaqlıq verilir.
Tоy mərasimi аdətən gеcələr təşkil оlunur, müəyyən еdilmiş zаmаnаdək nikаh üçün parçadan хüsusi, kiçik məbəd-"mandap" hаzırlаnır. Qərbi Benqalda toya bir-iki gün qalmış və ya toy günü "Qaye holud" mərasimi keçirilir, şənlik zamanı ayrı-ayrılıqda bəy və gəlinin bədəninə sarıkökdən hazırlanmış qızılı rəngli toz sürtülür, bundan sonra qohumlar onları "Snan" adlanan ritual zamanı yuyundururlar.
Tоy günü bəyə və gəlinə nikаhkəsmə mərаsiminin əvvəlinədək yеmək yеməyə icаzə vеrilmir. Bəyin еvində qоhum qızlаr rəqs еdir, mаhnı охuyurlаr, sоnrа "Qаyе hоlud" mərаsimində-günəşlə аssоsiаsiyа оlunаn və sаdiqliyin simvоlu оlаn sаrı rəngə dаir təriflərlə dоlu mаhnılаr охunur, hər yerə sаrı rəngli toz tökülür. Bu mərаsim müəyyən mənаdа rənglər bаyrаmınа[2], yəni "Hоli"yə bənzəyir, аmmа burаdа yаlnız sаrı rəngdən istifаdə оlunur. İştırakçılar əvvəlcə аlınlаrını sarı rəngləyirlər, sоnrа bir-birinin üzərinə sаrı tоz tökürlər. Toya gələnlərə süd və vegeterian yeməkləri verilir, burada ət, balıq, yumurta istifadəsi qadağandır. Tоydа "şubhо-driştе", "bоzаrqаn" və s. ritualları kеçirilir.
Toyda vacib ritualllardan biri "Kanya Daan" adlanır. "Kanya" bakirə, "daan" isə hədiyyə, bəxşiş mənasındadır. Bu mərasim zamanı gəlinin atası qızının sağ əlini bəyin sağ əlinə qoyur, gənclərin ovuclarına müqəddəs su tökülür. "Mantra"ların sədaları altında həyata keçirilən bu mərasim atanın öz qızını bəyə verməsini simvolizə edir[3][4].
Hind toylarının kulminasiyası "Aqni Parinaya" (Manqalphera, Manqalfera) ritualı sayılır. Mərasim zamanı bəy və gəlin saat əqrəbi istiqamətində üç dəfə müqəddəs odun ("phere") başına fırlanırlar. Bu insanın çatmaq istədiyi üç dəyəri- “dharma”, "artha" və "kama"nı ifadə edir. Ənənəyə görə valideynlərin, qohumların xeyir-duasını qazanan bəy və gəlin kəcavədə, müasir dövrdə isə avtomobil karvanı ilə ər evinə yollanırlar.
"Dvar-rokai" ritualında isə evə gələn gənc ailəni əlində saxsı qab tutan bəyin xalası və ya bacısı qarşılayır. Bütün şər qüvvələri qovmaq mənasını daşıyan duzlu su ilə dolu saxsı qab evin astanasında sındırıldıqdan sonra bəy və gəlin evə daxil olur.
Sonrakı vacib mərhələ isə “Qriha Praveş” adlanır. Bu zaman öz evinə gələn gəlini qaynanası qarşılayır, "arati" ritualı keçirilir. Evə girərkən gəlin düyü və metal pullarla dolu saxsı küpü sağ ayağı ilə vurub sındırır. Səpələnmiş taxıl və pullar rifah və bolluq əlamətidir. Toy mərasiminin sonundakı "Aşirvaad" mərasimində gənc ailəyə valideynləri və qohumları xeyir-dua verir.