Hipermühərrik (ing. Hyperdrive) — kosmik gəmiyə superlüminal sürətlə hərəkət etməyə imkan verən mühərrik. Elmi fantastikada bu, tez-tez konseptual olaraq atlama, əyilmə və ya tunel hərəkətinə uyğun gəlir. Həmçinin, nəzəri fizikada hipermühərrik gəminin hiperkosmosda uçmasına və bununla da işıq sürətindən daha sürətli səyahət etməsinə imkan yaradan mühərrik üçün nəzərdə tutulmuş termindir.[1][2] "Ulduz müharibələri" franşizasında çox istifadə edilən anlayışdır.[3]