Hipotenuz (yun. ὑποτείνουσα – dartılmış) — düzbucaqlı üçbucağın düz bucaq qarşısında olan tərəfi adlanır.
Hipotenuz üçün aşağıdakı xassə doğrudur (düzbucaqlı üçbucaq üçün Pifaqor teoremi):
Hipotenuzun kvadratı katetlərin kvadratları cəminə bərabərdir.