Hiqroqraf

Hiqroqraf (hiqro+qraf) — havanın nisbi rütubətini fasiləsiz qeyd edən cihaz.

Hiqroqrafda həssas element kimi bir dəstə yağsızlaşdırılmış insan tükündən, yaxud üzvi plyonkadan istifadə edilir. Rütubətin gedişi saat mexanizmi vasitəsilə fırlanan barabana sarılmış cizgili kağız lentin üzərində qeyd olunur.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Əliyeva N.Ə. Hidrometeoroloji lüğət. Bakı 2005., 246 s