Hirkan böyürtkəni

Hirkan böyürtkəni (lat. Rubus hyrcanus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü.

Hirkan böyürtkəni
Elmi təsnifat
Beynəlxalq elmi adı

Ümumi yayılması

[redaktə | mənbəni redaktə et]

İranda təbii arealına rast gəlinir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda Talış bölgəsində təbii halda rast gəlinir.

Azərbaycanın nadir bitki növüdür. VU D2.

Lənkəran rayonunda düzən və dağlıq sahələrdə, meşə və yol kənarlarında kolluqlarda rast gəlinir.

Təbii ehtiyatı

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda arealı geniş deyildir.

Bioloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Təbiətdə hündürlüyü 2 m-ə çatan alçaqboylu koldur. Çiçək açan budaqlar aydın tilli, üzəri sıx tüklü, enli qaidəli, uzunəyilmiş tikanlıdır. Meyvə verən budaqları tilli, üzəri sıx tükcüklü və əyilmiş, nisbətən uzun tikanlıdır. Yarpağı 3–5 yarpaqcıqdan ibarət olub, qısa saplaqlıdır. Ucdakı yarpaqcıqlar enli tərs yumurtavarı, dəyirmi və ya pazvarı qaidəli, üstdən tüklü, altdan boz keçətüklü, kənarları qeyri-bərabər, iki qat mişardişlidir. Çiçəkləri qısa saplaqlı, iri, aşağıdan keçə tükcüklü, kasa yarpaqcaqlar ilə örtülüdür. Ləçəkləri ağımtıl rəngli, enli, tərs yumurtavarıdır. May ayında çiçək açır, iyun-iyul aylarında meyvəsi yetişir.

Təbiətdə generativ və vegetativ yolla çoxalır.

Təbii ehtiyatının dəyişilməsi səbəbləri

[redaktə | mənbəni redaktə et]

Başlıca olaraq insan fəaliyyətidir.

Mədəni halda Nəbatat bağlarında becərilir.

Qəbul edilmiş qoruma tədbirləri

[redaktə | mənbəni redaktə et]

Qəbul edilmiş qoruma tədbiri yoxdur.

Zəruri qoruma tədbirləri

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın "Qırmızı Kitab"ına daxil edilməsi zəruridir.