Hirkan bigəvəri (lat. Ruscus hyrcanus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin bigəvər cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c+3c. Nadir relikt növdür.
Hirkan bigəvəri | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Hirkan bigəvəri |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
20-40 (60) sm boyunda yarımkoldur, dərili, tikanlı kaldodiləri və 4-9 topa-topa düzülmüş budaqları vardır. Budaqları yanlara və aşağıya əyilmişdir və üzərləri kladodilərlə sıx örtülmüşdür. Kladodiləri uzunsov-yumurtavari və ya uzunsov-lansetvaridir, yaşıl rəngdədir, sərtdir, 12-28(30) mm uzunluğunda, 8–12 mm enindədir. Çiçəkləri yaşılımtıldır, adətən kladodinin orta xətti üzərində 2-5–i bir yerdə olmaqla və ya az-az hallarda tək-tək düzülmüşdür, pərdəciyəoxşar çiçəkatlığının qoltuğundadır. Giləmeyvəsi qırmızıdır, kürəvari, diametri 7–9 mm-dir.
Aprel-may aylarında çiçəkləyir. Sentyabr-oktyabr aylarında meyvə verir. Tozlanması anemofildir. Toxumla və vegatativ yolla çoxalır. Həyat forması nanofanerofitdir. İstisevən və kölgəyə davamlıdır. Mexaniki tərkibi orta dərəcədə olan təzə və zəngin torpaqlarda daha yaxşı inkişaf edir. Hirkan dəmirağacı meşələri kolluqlarında, əsasən aşağı dağlıq qurşağının dağ çayları dərələrində, vadilərində, sarı-gilli, azgilli torpaqlarda bitir. Dəmirağacı meşələrində hirkan bigəvəri alçaqboylu həmişəyaşıl meşəaltı bitki rolunu oynayır və müəyyən meşə tipini (Parrotitetum ruscosum) xarakterizə edir. Belə meşələr üçün xəzər bənövşəsi, çoxçiçəkli novruzçiçəyi, oxotu, quşüzümü, ayıdöşəyi, pteris və s. Növlərti xarakterikdir. Hirkan Milli Parkının aşağı düzən meşəsində, Xanbulaqçay ətrafında qrup halında rast gəlinir. Dekorativ bitkidir. Budaqlarından səbət toxunur.
Rusiya və İranda təbii arealları vardır.
Astara və Lənkəran rayonları ərazilərində yayılmışdır. Lənkəran ovalığı (Astara rayonunun Digo, Maşxan, Təngərud kəndləri, Lənkəran rayonunun Bürcəli və Xanbulaq kəndləri).
Əsasən kölgəli meşələrdə rast gəlinir.
Təbii ehtiyatı Azərbaycanda çox deyildir.
Bəzi Milli Park və Dövlət qoruq¬larında qorunur və Azərbaycanın "Qırmızı kitab"ına daxil edilmişdir. Hirkan Milli Parkında mühafizə olunur.
Hirkan Milli Parkının ərazisində ehtiyatı azdır, kiçik qruplar şəklində rast gəlinir, qapalı yarus yaratmır. Mənfi təsirlərə məruz qalması azalma tendensiyasına səbəb olur.
Arealı geniş olan yerlərdə yasaqlıqların yaradılması vacibdir.
Meşə sahələrindən kənd təssərüfatı əkinləri üçün, budaqlarının əhali tərəfindən buket, əklil və bəzək üçün istifadə edilməsi.