Hisəqarşı aşqarlar

Hisəqarşı aşqarlar avtomobillərdə katalitik neytrallaşdırıcıların qarşısında və ya bilavasitə çıxış traktında yerləşdirilmiş his filtrlərinin tutulması sürətini azaltmaq üçün nəzərdə tutulmuşdur.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

İstənilən his filtri 200-500 km-dən sonra keçiricilik qabiliyyətini itirir və regenerasiya olunmasını tələb edir. Regenerasiya üçün filtri hisin yanmağa başlaması üçün lazım olan 550-600°С temperaturadək qızdıran xüsusi qızdırıcı elementlər işlənilmişdir. Lakin regenerasiya prosesi zamanı temperatur 1400°С-dək çatır və filtrin məsamələri bir-birinə birləşir. Bu da effektliliyə mənfi təsir göstərir. Aşqarın olması hisin yavaş-yavaş yanmasını təmin edir, bununla da dövri regenerasiyalar zamanı həddən artıq qızma təhlükəsinin qarşısını alır. Bəzən metaldan aşqar kimi istifadə etməyərək onu filtrin səthinə yerləşdirirlər. Mühərrik normal işlədikdə bu üsul aşqarın yanacağa əlavə edilməsi effektini verir.

Lakin, katalitik örtük yanacaqda olan kükürdlə yavaş-yavaş zəhərlənir. Bundan əlavə, əgər mühərrik uzun müddət boş-boşuna və az güclə işləyirsə, katalitik örtük toplanmış hisin yanmasını təmin etmir. Mühərrik daha böyük güclə işləməyə başladıqda filtr üçün təhlükəli temperaturun artması ilə his daha intensiv yanmağa başlayır. Aşqara gəldikdə isə boş-boşuna işləmə rejimində lazımi effetlilik əldə etmək üçün sadəcə aşqarın qatılığını artırmaq lazımdır.Hisəqarşı aşqarların məsləhət görülən qatılığı 0.01-0.02% təşkil edir.

Təsir prinsipi

[redaktə | mənbəni redaktə et]

Hisəqarşı aşqarların təsir prinsipi bir o qədər yaxşı öyrənilməyib. İlk yanaşmada bu prinsip hisin yanma temperaturunun mis, dəmir və digər metalların hesabına 250-300 °С-dək endirilməsindən ibarətdir.

Metallar oksid əmələ gətirənədək yanır, onlar da filtrin səthində his vasitəsilə asanlıqla reduksiya olunur (Lakin bu kifayət deyil. Bəzi məlumatlara görə müşahidə olunan prosesinin mexanizmi daha mürəkkəbdir. Müəyyən edilib ki, dəmir oksidlərinin hisə əlavə edilməsi onun alovlanma temperaturuna təsir etmir. Bu da onu fərz etməyə imkan verir ki, aşqar parçalanarkən metalın xüsusi katalitik fəal formaları əmələ gəlir və eyni zamanda buna müəyyən müddət tələb olunur. Lakin, 20-30 saatdan sonra əks təzyiq düşməyə və bütün aşqar qatılıqları üçün eyni olan müəyyən səviyyədə sabitləşməyə başlayır (0,02- 0,26%). Güman olunur ki, bu müddət ərzində filtrin səthində kifayət qədər fəal katalitik mərkəzlər əmələ gəlir.

Effektlilik göstəriciləri

[redaktə | mənbəni redaktə et]

Effektlilik göstəricisi kimi filtrin əks təzyiqi (hidravlik müqavimət) qəbul olunmuşdur. Hislə tutulmuş filtrin əks təzyiqi onlarla kilopaskal təşkil edir. Regenerasiya zamanı əks təzyiq aşağı düşür. Aşqar effektiv olduqca bu proses bir o qədər tez gedir. Bu göstərici həmçinin filtr məsamələrinin topalanması sürətini xarakterizə edir.

Rusiyada hələ xüsusi hisəqarşı aşqar yoxdur. Xaricdə istehlakçıya yanacaqda həll olan dəmir və mis birləşmələri əsasında aşqarlar təklif olunur. Aşqarın tərkibinə çox vaxt səthi-aktiv maddələr daxil olur. His filtrlərini eksperimental qaydada tədqiq edərkən Ferrosen aşqarından istifadə olunur.

Məhdudiyyətlər və nöqsanlar

[redaktə | mənbəni redaktə et]

Xarici mənbələrə əsasın hisəqarşı aşqarlardan istifadə iki məsələ ilə bağlı olaraq təhlükə yarada bilər: mis- və dəmir-saxlayan aşqarların əlavə edilməsi ilə yanacağın oksidləşmə sabitliyinin çox azalması; onların yanma məhsullarının toksikliyi. Ona görə də həmin aşqarları bilavasitə istifadə olunan yerdə yanacağa əlavə edirlər. Tərkibində aşqar olan yanacağın isə uzun müddət saxlanılması məsləhət görülmür

Hisəqarşı aşqarlar yanacaqlarda atom-adsorbsion spektroskopiya üsulu ilə təyin edilir. Bu aşqarların iqtisadi səmərəsi bahalı his filtrinin istehlak müddətinin artırılması və regenerasiyaya sərf olunan enerjinin miqdarının və iş vaxtını azaldılmasından ibarətdir.

А.М.Данилов. Применение присадок в топливах.Санкт-Петербург: Химиздат, 2010