Hit Endrü Ledcer (4 aprel 1979[1][2][…], Pert, Qərbi Avstraliya, Avstraliya – 22 yanvar 2008[3][1][…], Manhetten, Nyu-York, ABŞ) — Avstraliya aktyoru. O, 1990-cı illərdə bir çox Avstraliya istehsalı olan film və televiziya işlərində rol alaraq diqqətləri cəlb etmiş və karyerasını inkişaf etdirmək üçün 1998-ci ildə ABŞ-yə köçmüşdü. Prodüser və rejissor olduğu musiqi videoları da var idi. Kinorejissor olmağı arzulayırdı.
Hit Ledcer | |
---|---|
ing. Heath Ledger | |
Doğum adı | Heathcliff Andrew Ledger[6][7] |
Doğum tarixi | 4 aprel 1979[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 22 yanvar 2008[3][1][…] (28 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | dərmandan zəhərlənmə[d][8][9][…] |
Dəfn yeri |
|
Vətəndaşlığı | |
Partnyoru |
|
Fəaliyyəti | televiziya aktyoru, kinorejissor, kino aktyoru, xarakter aktyoru[d], aktyor |
Fəaliyyət illəri | 1992–2008 |
Mükafatları | |
IMDb | ID0005132 |
Vikianbarda əlaqəli mediafayllar |
O, 2005-ci ildə eyniadlı hekayə əsasında ekranlaşdırılan "Qozbel dağ" filmində homoseksual münasibəti olan kovboyu canlandırmışdı. Bu filmdəki tərəf müqabili ABŞ aktyoru Ceyk Cillenhol idi. Hit, filmdəki performansına görə "BAFTA", "Qızıl Qlobus" və "Oskar" mükafatlarına namizəd göstərilmişdi.
Hit Ledcer 2008-ci ilin yanvarında Kristofer Nolanın rejissoru olduğu, Betmen filmlər silsiləsinin ikinci hissəsi olan "Qara cəngavər" filminin çəkilişləri başa çatdıqdan bir müddət sonra öz yaşadığı SoHo-dakı mənzilində ölü vəziyyətdə tapılıb. Ölüm səbəbi kimi resept əsasında satılan dərmanların səhvən həddindən artıq dozada qəbul edilməsi göstərilir. O, "Qara cəngavər" filmində kriminal kloun olan Cokeri ifa etmişdi. Bu film onun ölümündən 6 ay sonra, 2008-ci ilin iyulunda ekranlara çıxıb. O, rolu ilə kino tarixində böyük iz buraxmış və ölümündən sonra "Oskar", "Qızıl Qlobus" və "BAFTA" kimi mükafatlara layiq görülmüşdür.