Hitler Saavedra Kasternok (isp. Hitler Saavedra Casternoque; 18 fevral 1978[1] – 17 sentyabr 2024[2], Kusko[d][2]) — Peru cərrahı və siyasətçisi. O, 2021–2026-cı illər parlament dövrü üçün Loretonu təmsil edən respublika konqresmenidir.[3]
Hitler Saavedra | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 18 fevral 1978[1] |
Vəfat tarixi | 17 sentyabr 2024[2] (46 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi, cərrah |
Hitler Saavedra Kasternok 9 fevral 1978-ci ildə Perunun Alto-Amazonas vilayətinin Loreto departamentində yerləşən Yurimakasda anadan olmuşdur.
Kasternok 2015-ci ilə qədər Peru Amazonu Milli Universitetində təhsil almışdır və cərrah ixtisasını bitirərək tibb üzrə bakalavr dərəcəsi almışdır.[4] O, daha sonra 2017–2020-ci illər arasında Loreto Regional Sağlamlıq Müdirliyində cərrah kimi çalışmışdır.[4]
Kasternok 2021-ci il parlament seçkilərində 2021–2026-cı il parlament dövrü üçün "Biz Peruyuq" partiyasının üzvü kimi 7,654 səslə respublikanın konqresmeni seçilmişdir.[5]
O, 2021–2022-ci illər arasında Səhiyyə və Əhali Komissiyasının prezidenti vəzifəsində çalışmışdır. Hal-hazırda Konqresdəki "Biz Peruyuq" kokusunun sözçüsüdür və eyni zamanda partiyasının İdarə Heyətinin üçüncü vitse-prezidenti olmağa namizəd olmuşdur,[6] lakin sonradan namizədliyini geri çəkmişdir.[7]