Hoanq Van Thay (vyet. Hoàng Văn Thái; 1 may 1915[1] – 2 iyul 1986, Hanoy) — Vyetnam kommunist hərbi və siyasi xadimi.[2] .
Hoanq Van Thay | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 may 1915[1] |
Vəfat tarixi | 2 iyul 1986 (71 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Qoşun növü | Vyetnam Xalq Ordusu |
Komandanlıq edib | |
Döyüşlər | |
Təltifləri |
Şimali Vyetnam ərazisində anadan olmuşdur. Hoanq 1938-ci ildə Vyetnam Kommunist Partiyasına qoşulmuşdur.[3]
O, Vyetnam Xalq Ordusunun ilk qərargah rəisi və Vyetnam Demokratik Respublikasının əsas hərbi qüvvələrinin rəhbəri olmuşdur.[3] Hoanq Dyenbyenfu döyüşündə qərargah rəisi idi. Cənubi Vyetnam Qurtuluş Ordusuna komandanlıq etmişdir. Tet hücumu zamanı Hoanq Şimali Vyetnam Ordusunda yüksək rütbəli zabit idi.[2]
1975-ci ildə Cənubi Vyetnamda ABŞ-nin dəstəklədiyi hökumətə qarşı kommunistlərin qələbəsindən sonra general Hoanq müdafiə nazirinin müavini təyin edilmişdir. O, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuş və 1960-cı ildən parlamentdə təmsil olunmuşdur.[3]