Hohenager gəvəni

Hohenager gəvəni (lat. Astragalus hohenackeri) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü.

Hohenager gəvəni
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

İlk dəfə Azərbaycanın Zuvand sahəsində təsvir еdilmişdir. Şimali və Qərbi İranda yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

9-25 sm hündürlükdə, yastıqvari, budaqları qısa tikanlı, yarpağını tökən kolcuqdur. Yarpaqları 5-7 cüt, xətvari-neştərşəkilli olub, 6 mm uzunluqdadır. İyun ayında çiçəkləyir.

Quru, daşlı yamaclarda bitir. İstiyə, quraqlığa davamlıdır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Lənkəranın Diabar sahəsində rast gəlinir.

Tərkibində qatran vardır. Yaşıllaşdırmada, canlı çəpərlərin salınmasında istifadə oluna bilər.

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Astragalus tricholobus subsp. hohenackeri (Boiss.) Tietz
  • Astragalus tricholobus var. hohenackeri (Boiss.) Bornm.
  • Tragacantha hohenackeri (Boiss.) Kuntze

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Astragalus aciphyllus Freyn
  • Astragalus cephalanthus Hohen. ex Bunge
  • Astragalus kashgakius Parsa
  • Astragalus leptorhaphis Bornm. & Gauba
  • Astragalus tricholobus var. minor Hohen.