Hoker zirinci

Hoker zirinci (lat. Berberis hookeri) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.

Hoker zirinci
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Berberis hookeri Lem.

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Himalay dağlarında, Sikkimdə, Butanda yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Möhkəm budaqlı, çoxsaylı zoğları, enli, şaxələnmiş çətiri olan, iynəli, həmişəyaşıl koldur. Yaşlı bitkilərdə yan zoğları aşağıya sallanır. Hündürlüyü 1-1,5 m-dir. Qabığı sarı və ya boz-sarı, möhkəm iynələri 3 sm-dir. Yarpaq yerləşməsi növbəli, yarpaqları 2-3 ədəd, sadə, iri, ellipsvariyədək dəyişir, yazda və yayda parlaq yaşıl, payızda qızılı-qırmızı və ya qırmızıdır, alt tərəfi mavidir, kənarları xırda dişlidir, uzunluğu 4-8,5 sm, eni 1-2,5 sm-dir. Çiçəkləri sarı, çoxsaylı, xoş qoxulu, salxımvari çiçək qruplarında toplaşmışdır. May-iyun aylarında çiçəkləyir. Meyvələri uzunsov, qırmızı, parlaq, payızın əvvəlində yetişir. Kökləri nazik, güclüdür.

Günəşə, yarımkölgəyə davamlıdır, torpağa tələbkar deyil, quru və nəmişli, zəif turşulu və qələvili torpaqlara dözür. Yaxşı budanır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Mədəni şəraitdə park və bağlarda becərilir.

Alpinari, bağ və kecilməz canlı çəpərlərin salınması üçün yararlıdır.