"Holbeyn xalçası"nın təsvirlərinə Avropaİntibah dövrü rəsmlərində tez-tez rast gəlinir. Onlar əvvəllər Gənc Hans Holbeyn ilə işləmiş rəssamların kətanlarında görünür. Onlar dörd tipə bölünür və onlardan yalnız iki növü adını daşıdıqları müəllifin rəsmlərində təsvir edilmişdir.
"Holbeyn Xalçası" uzun müddətdir istehsal edilən Anadolu xalçasının ən çox yayılmış növüdür. Xalçalar əsas sahədə romb, xaç və səkkizguşəli ulduzlardan ibarət eksklüziv həndəsi ornamentlə bəzədilib.
Tədqiqatçılar Holbeyn xalçalarını aşağıdakı dörd tipə bölürlər[1]
I tip: Holbeynin kiçik rəsmlərindəki xalçalar; kiçik, müxtəlif, daim təkrarlanan ornament.
II tip: Holbeyn bu tip xalçaları təsvir etmədiyinə görə, bu tip xalçalar onları çəkən italyan rəssamı Lorenzo Lottoya görə indi "Lotto xalçaları" adlanır. Bu xalça növü naxış baxımından “I tip” Holbeyn xalçası”na bənzəyir. Bu naxışa bitki motivləri də əlavə edilmişdir.
III tip: Holbeynin böyük rəsmlərində xalçalar; böyük kvadratların içərisində ara sahədə, aralarında “göl” elementi olmayan, aralarında ensiz zolaqlar olan, daim təkrarlanan ornament (“Səfirlər”[2]rəsm əsərinə bax);
IV tip: Holbeynin böyük rəsmlərində xalçalar; ara sahədə səkkizbucaqlı kvadratlarda “göl” elementi yerləşir[3].
Kiçik Hans Holbeyn tez-tez portretlərində xalçaları masaları, nadir hallarda isə döşəmələri örtdüyü yerdə təsvir edir.
Brown, David Alan, Peter Humfrey and Mauro Lucco. Lorenzo Lotto: Rediscovered Master of the Renaissance. New Haven, Yale University Press, 1997.
King, Donald. Sylvester, David eds. The Eastern Carpet in the Western World, From the 15th to the 17th century. Arts Council of Great Britain. London, 1983 ISBN 0-7287-0362-9
Mack, Rosamond E. Bazaar to Piazza: Islamic Trade and Italian Art, 1300-1600. University of California Press. Los Angeles, 2002.