Holland sindromu

Holland sindromu — iqtisadiyyatda xüsusi bir sektorda baş verən artım (məsələ, təbii sərvətlər) ilə digər sektorlarda baş verən azalma (məsələn, istehsalat və ya kənd təsərrüfatı) arasındakı əlaqəni göstərmək üçün istifadə edilən termin. Fərz edilən mexanizm budur ki, inkişaf edən sektorda büdcə gəlirləri artdıqda həmin ölkənin milli məzənnəsi digər ölkələrin məzənnəsinə nisbətən daha çox gücə sahib olur. Bu, həmin ölkənin ixrac məhsullarının digər ölkələr tərəfindən daha baha qiymətə alınması, lakin digər sektorları daha az rəqabətli edərək bu sektordakı əmtəələri daha ucuz qiymətə idxal etməsi ilə nəticələnir.

Termin 1977-ci ildə "The Economist" (azərb. İqtisadçı‎) jurnalı tərəfindən 1959-cu ildə Niderlandın Qroninqen əyalətində böyük təbii qaz yataqlarının kəşfindən sonra Niderlandda baş verən istehsalat sektorunun zəifləməsi halını təsvir etmək üçün istifadə edilmişdir.[1]

Niderlanddakı təbii qaz konsessiyaları. Hal-hazırda Niderland Avropa Birliyində olan bütün təbii qaz ehtiyatlarının 25%-dən çoxuna sahibdir.

Holland sindromunu təsvir edən klassik iqtisadi model 1982-ci ildə iqtisadçılar Maks Kordn və Piter Nieri tərəfindən irəli sürülmüşdür. Modeldə bir ticarətdə istifadə edilə bilməyən sektor ilə (xidmət sahəsi) iki ticarətdə istifadə edilən sektor vardır: inkişaf edən və geridə qalan (inkişaf etməyən) sektorlar. İnkişaf edən sektora adətən neft, təbii qaz, qızıl, mis, brilyant, boksit kimi təbii sərvətlərin çıxarılması və ya kofe yaxud kakao kimi məhsulların istehsalı daxildir. İnkişaf etməyən (gerdiə qalan) sektora isə adətən kən təsərrüfatı və ya istehsalat sektoru aid edilir.

"Resurs bumu" iqtisadiyyata iki yolla təsir göstərə bilir:

  1. "Resurs cərəyanı effekti"ndə resurs bumu əmək sektoru üçün olan tələbatı artırır və bu, istehsalatın inkişaf edən sektor tərəfə meyil etməsinə, geridə qalan (inkişaf etməyən) sektordan isə daha da uzaqlaşmasına səbəb olur. Bu meyil "birbaşa qeyri-sənayeləşmə" adlanır. Bununla birlikdə, bu təsir əhəmiyyətsiz ola bilər, çünki adətən karbohidrogen və mineral sektorlarında nisbətən adam çalışır.[2]
  1. "Xərcləmə effekti" resurs bumu nəticəsində əlavə büdcə əldə olunduğu zaman baş verir. O, ticarətdə istifadə edilməyən sektorlarda (xidmət) geridə qalan (inkişaf etməyən) sektorun hesabına əməyə tələbatı artırır. Geridə qalan (inkişaf etməyən) sektordan ticarətdə istifadə edilməyən sektorlara olan meyil isə "bilvasitə qeyri-sənayeləşmə" adlanlır.[2] Ticarətdə istifadə edilməyən sektordakı məhsullara (və ya xidmət) artan tələbat onların qiymətinin artması ilə nəticələnir. Bununla birlikdə, ticarətdə istifadə edilən sektorda qiymətlər beynəlxalq səviyyədə təyin olunur, buna görə də dəyişə bilmirlər. Bu, real valyuta məzənnəsindəki artım ilə bərabərləşdirilir.[3]

Sadə ticarət modelləri irəli sürür ki, ölkə müqayisəli üstünlüyə sahib olduğu sənayelərdə ixtisaslaşmalıdır; belə ki, bəzi təbii resurslarla zəngin olan ölkənin bu resurların çıxarılmasında ixtisaslaşması daha yaxşı olar.

Halbuki digər nəzəriyyələrin irəli sürür ki, bu, təbii resurslar tükənən zaman effektiv deyildir və hətta təhlükəlidir. Həmçinin qiymətlər də azala bilər və müqayisəli istehsalat əvvəlki səviyyəsinə qısa zamanda qayıtmaya bilər. Bu, inkişaf edən və ticarətdə istifadə edilməyən sektorlardakı texnoloji inkişaflar geridə qalan (inkişaf etməyən) və ticarətdə istifadə olunan sektorlardan daha kiçik olduqda baş verə bilər.[4] Bu iqtisadiyyatın digər ölkələrin iqtisadiyyatı ilə müqayisədə daha az texnoloji inkişafa sahib olması səbəbindən onun geridə qalan (inkişaf etməyən) və ticarətdə istifadə olunan məhsullardakı müqayisəli üstünlüyü azalacaq, beləliklə, firmaları ticarətdə istifadə olunan sektorlara sərmayə qoymağa məcbur edəcək.[5]

Minimuma endirmək

[redaktə | mənbəni redaktə et]

Holland sindromu təhlükəsini azaltmağın iki yolu vardır: real valyuta məzənnəsininin dəyərlənməsini yavaşlatmaq və bir-birindən mənfi təsirlənən sektorların rəqabət qabiliyyətinin artırılması.

Bir yanaşma bum gəlirlərini sterilizə etmək, yəni bütün gəlirləri bir anda ölkəyə gətirməmək və gəlirlərin bir hissəsini xaricdəki xüsusi fondlarda saxlamaq və yavaş-yavaş gətirməkdir. İnkişaf etməkdə olan ölkələrdə bu, siyasi cəhətdən çətin ola bilər, çünki bu ölkələrdə artan gəlirləri yoxsulluğun azaldılması məqsədilə dərhal xərcləmək üçün tez-tez təzyiqlər olur, lakin burada daha geniş makroiqtisadi təsirləri nəzərə alınmır.

Sterilizasiya inflyasiyanın bəzi təsirlərini yüngülləşdirərək xərcləmə effektini azaldır. Gəlirləri yavaş-yavaş ölkəyə buraxmağın digər bir faydası büdcəyə pulun daha sabit axınını təmin etməsidir və bu, ölkəyə ildən-ilə büdcədəki dəyişikliklərlə bağlı daha çox əminlik verir. Həm də ölkə bum gəlirlərini qənaət edərək gələcək nəsillər üçün qazancın bir hissəsini qoruyub saxlayır. Bu suveren sərvət fondlarına Avstraliya Hökumətinin Gələcək Fondu, İranın Milli İnkişaf Fondu, Norveçdəki Hökumətin Pensiya Fondu, Rusiya Federasiyasının Sabitləşmə Fondu, Azərbaycan Respublikası Dövlət Neft Fondu və 1976-cı ildə əsası qoyulmuş Küveyt Dövlətinin Gələcək Nəsillər Fondu daxildir.

Real valyuta məzənnəsinin dəyərlənməsinin qarşını almaq üçün irəli sürülən digər bir strategiya böyük məbləğdəki kapital axınları (hansı ki, real valyuta məzənnəsinin dəyərlənməsinə səbəb ola bilir) azaltmaq məqsədi ilə iqtisadiyyatdakı qənaəti artırmaqdır. Ölkə gəlirləri və gəlir vergisini azaldaraq fərdləri və firmaları daha çox qənaət etmətə sövq edə bilər. Qənaəti artırmaqla ölkə hökumət defisitlərini və birbaşa xarici investisiyaları maliyyələşdirmək üçün kreditlərə ehtiyacı azalda bilər.

Təhsilə və infrastruktura qoyulan investisiyalar geridə qalan (inkişaf etməyən) istehsalat və ya kənd təsərrüfatı sektorunun rəqabət qabiliyyətini artıra bilər. Başqa bir yanaşma isə geridə qalan (inkişaf etməyən) sektorlarda hökumət proteksionizminin, yəni subsidiyaların və ya tariflərin artırılmasıdır. Halbuki bu, Holland sindromunu təsirini daha da pisləşdirə bilər, çünki xarici kapitalın böyük axını adətən ixrac sektoru tərəfindən təmin edilir və idxal sektoru tərəfindən alınır. İdxal olunan mallara tariflərin tətbiqi bu sektorun xarici valyutaya tələbini süni şəkildə azaldır və real valyuta məzənnəsinin daha da dəyərlənməsinə səbəb olur.[6]

Təyin olunması

[redaktə | mənbəni redaktə et]

Adətən ölkədə Holland sindromunun olub-olmamasını təyin etmək kifayət qədər çətindir, çünki təbii resurslardan əldə edilən gəlirlərlə real valyuta məzənnəsi və geridə qalan (inkişaf etməyən) sektordakı geriləmə arasındakı əlaqəni təsdiq etmək asan deyildir. Real valyuta məzənnəsindəki dəyərlənməyə digər vasitələr də təsir edə bilər (Balassa-Samuelson effektindəki məhsuldarlıq artımı, yəni ticarət və böyük miqdarda kapital axını nəticəsində baş verən dəyişikliklər).[7] Bu kapital axınlarına adətən birbaşa xarici investisiyalar səbəb olur.

  • 19-cu əsrin əvvəllərində Avstraliyada qızıl yataqlarının tapılması[8]
  • 21-ci əsrdəki Avstraliya mineral əmtəələri[9][10][11]
  • 2000-ci illərin sonlarında Çilidə Holland sindromunun xüsusiyyətlərin meydana gəlməsi (mineral əmtəə qiymətlərindəki artım səbəb olmuşdur)[12]
  • 2000-ci illərdə Azərbaycan nefti[13]
  • Təbii resurslara xarici tələbatın artması səbəbindən Kanadada dolların qalxması 2000-ci illərin əvvəllərindən 2014-cü ilin sonlarında (2015-ci ilin əvvəllərinə) neft qiymətlərinin düşməsinə qədər istehsalat sektorunu maneə törətdi.[14][15]
  • 1974 və 1979-cu illərdəki neft bumlarından sonra İndoneziyanın ixrac gəlirlərinin yüksək miqdarda artması.[16]
  • 1990-cı illərdə Nigeriya və müstəmləkədən azadlığa çıxmış digər Afrika ölkələri[17]
  • Rusiyanın 2000-ci illərdəki neft və təbii qazı[18][19]
  • Amerikalılar tərəfindən 16-cı əsrdə İspaniya və Portuqaliyaya ixrac olunan qızıl və digər qiymətli daşlarref name="Corden" />[20]
  • Şimal dənizindəki neft yataqlarının 1970–1990-cı illərdə Norveç və Böyük Britaniyanın istehsalat sektorlarına təsiri[21]
  • 2000-ci illərdəki Venesuela nefti. Rəsmi valyuta məzənnəsindən istifadə etdikdə Karakas dünyanın ən bahalı şəhəridir.[22]
  • Tədqiqatçılar qeyd edir ki, Böyük Britaniyanın 1986-cı ildə "Böyük Partlayışdan" sonra maliyyə sektoruna etibarı istehsalatın inkişafının qarşısını alır.[23][24][25] Buna bənzər bir arqument Londonun əmlak bazarı ilə bağlı irəli sürülmüşdür.[26] Pol Kruqman Böyük Briyaniyadakı güclü maliyyə sektorunun istehsalatdakı təsiri və Breksitdən sonra ölkədə ehtimal olunan vəziyyət haqqında yazmışdır. O, maliyyə sektorunun Londona olan etibarında azalma olmasının daha yaxşı nəticə verəcəyini düşünür.[27][28][29]
  • Somali dəniz quldurlarına pul verilərək malların geri alınması[30]
  1. "The Dutch Disease". The Economist. 26 noyabr 1977. səh. 82–83.
  2. 1 2 Corden WM. "Boom Sector and Dutch Disease Economics: Survey and Consolidation". Oxford Economic Papers. 36 (3). 1984: 362. doi:10.1093/oxfordjournals.oep.a041643.
  3. Corden WM, Neary JP. "Booming Sector and De-industrialisation in a Small Open Economy". The Economic Journal (PDF). 92 (dekabr). 1982: 825–48. doi:10.2307/2232670. JSTOR 2232670 http://pure.iiasa.ac.at/2060/1/CP-82-058.pdf (#bare_url_missing_title). 2017-09-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-06-26.
  4. Van Wijnbergen, Sweder. "The 'Dutch Disease': A Disease After All?". The Economic Journal. 94 (373). 1984: 41–55. doi:10.2307/2232214. JSTOR 2232214.
  5. Krugman, Paul. "The Narrow Moving Band, the Dutch Disease, and the Competitive Consequences of Mrs. Thatcher". Journal of Development Economics. 27 (1–2). 1987: 50. doi:10.1016/0304-3878(87)90005-8.
  6. Collier, Paul (2007). "The Bottom Billion". Oxford University Press, p. 162
  7. De Gregorio, José; Wolf, Wolger C. "Terms of Trade, Productivity, and the Real Exchange Rate". NBER Working Paper No. 4807. 1994.
  8. Corden (1984), 359
  9. Peter Martin. "Warning: After the boom it'll be Dutch and go". Sydney Morning Herlad. 30 avqust 2012. 2021-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-26.
  10. Paul Cleary. "Mining boom could bust us". Melbourne: The Age. 11 noyabr 2007. 2017-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-26.
  11. Peter Ker; Ben Schniders. "Labor woeful on economic reform, Says Argus". The Sydney Morning Herald. 6 sentyabr 2011. 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-26.
  12. "Archived copy" (PDF). 15 mart 2012 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2 dekabr 2010.
  13. "Boom and gloom". The Economist. 8 mart 2007. 2008-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-26.
  14. Lee Greenberg. "Growing Equalization Payments to Ontario Threaten Country". National Post. 20 iyul 2011.
  15. Michel Beine; Charles S. Bos; Serge Coulombe. "Does the Canadian economy suffer from Dutch Disease?" (PDF). yanvar 2009. 2011-11-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-06-26.
  16. McCawley, Peter. "Indonesia's New Balance of Payments Problem: a Surplus to get rid of". Ekonomi dan Keuangan Indonesia. 28 (1). mart 1980: 39–58. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-26.
  17. "Our Continent, Our Future" Arxivləşdirilib 2007-04-16 at the Wayback Machine
  18. "Dutch Disease Hits Russia" Arxivləşdirilib 2007-09-28 at the Wayback Machine, Latsis, O. (2005). Moscow News, 8 – 14 iyun.
  19. "Mining accounts for most of the economic growth" (PDF). 2013-06-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-06-26.
  20. Drelichman, Mauricio. "The curse of Moctezuma: American silver and the Dutch disease". Explorations in Economic History. 42 (3). 1 iyul 2005: 349–80. doi:10.1016/j.eeh.2004.10.005.
  21. Bjørnland, Hilde. "The Economic Effects of North Sea Oil on the Manufacturing Sector". Scottish Journal of Political Economy. 45 (5). 1998: 553–585. doi:10.1111/1467-9485.00112.
  22. "Venezuela – Exchange Rate". FocusEconomics. 24 avqust 2015. 2021-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-26.
  23. Evans-Pritchard, Ambrose. "Britain should embrace weaker pound and it needs to fall further, says former BoE governor and currency guru". Telegraph. 10 oktyabr 2016. 2021-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 mart 2017.
  24. Christensen, John; Shaxson, Nick; and Wigan Duncan (5 yanvar 2016). The Finance Curse: Britain and the World Economy Arxivləşdirilib 2022-08-05 at the Wayback Machine. The British Journal of Politics and International Relations.
  25. Kaminska, Isabella (12 oktyabr 2016). Brexit and Britain’s dutch disease Arxivləşdirilib 2020-11-12 at the Wayback Machine. The Financial Times.
  26. Mody, Ashoka (18 noyabr 2016). Unwinding of the pound carry trade Arxivləşdirilib 2021-09-28 at the Wayback Machine. voxeu.org
  27. Krugman, Paul. "Notes on Brexit and the Pound". The New York Times. 11 Ookyabr 2016. 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 oktyabr 2016.
  28. MacAskill, Andrew. "How banks lost the ear of Britain's government over Brexit". Reuters. 24 mart 2017. 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 mart 2017.
  29. Armstrong, Angus. "Pound in your pocket". National Institute of Economic and Social Research. 14 okyabr 2016. 2020-07-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 mart 2017.
  30. Oliver, Steven; Jablonski, Ryan; Hastings, Justin V. "The Tortuga Disease: The Perverse Effects of Illicit Foreign Capital" (PDF). International Studies Quarterly. 61 (2). 2017: 312. doi:10.1093/isq/sqw051. 2021-02-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-06-26.

Əlavə oxu üçün

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]