Pol Kruqman

Pol Kruqman (ing. Paul Robin Krugman; 28 fevral 1953[1][2][…], Albani[5]) — amerikalı iqtisadçı, icmalçı və yazıçıdır. Pol Kruqman Prinston Universitetində iqtisadiyyatbeynəlxalq münasibətlər üzrə professordur. O, həmçinin London İqtisadiyyat məktəbində də professordur. Eyni zamanda Nyu York Tayms qəzetində icmalçı olaraq çalışmaqdadır.

Paul Kruqman
ing. Paul Robin Krugman
Doğum tarixi 28 fevral 1953(1953-02-28)[1][2][…] (71 yaş)
Doğum yeri
Vətəndaşlığı ABŞ ABŞ
Elm sahələri Beynəlxalq İqtisadi münasibətlər
Makroiqtisadiyyat
Elmi dərəcəsi
  • doktorluq dərəcəsi[d] (1977)
İş yerləri Prinston Universiteti
London İqtisadiyyat məktəbi
Təhsili
Tanınır Beynəlxalq ticarət nəzəriyyəsi
Yeni ticarət nəzəriyyəsi
Yeni iqtisadi coğrafiya
Üzvlüyü
Mükafatları Nobel mükafatı 2008 İqtisadiyyat üzrə Nobel mükafatı
web.mit.edu/krugman/www/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pol Kruqman 2008-ci ildə Ticarət modellərinin təhlili və iqtisadi fəaliyyətin yeri haqqında tədqiqatlarına görə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Beynəlxalq iqtisadiyyat, ticarət nəzəriyyəsi, iqtisadi coğrafiya və beynəlxalq maliyyə sahəsindəki akademik çalışmaları ilə tanınmaqdadır.

Pol Kruqman yəhudi bir ailənin övladı olaraq Nyu Yorkda dünyaya göz açmışdır. Uşaqlığını Nyu Yorkun cənub-şərqindəki Lonq adasında keçirmişdir. Kollec səviyyəsində təhsilini Belmurdakı Con Kennedi Yüksək Məktəbində (ing. John F. Kennedy High School) tamamlamışdır.

Prinston Universitetində professor olaraq çalışmaqda olan Pol Kruqman Robin Uells ilə evlidir. Bu evlilik Pol Kruqmanın ikinci evliliyidir.

Yazıçı və jurnalist karyerası

[redaktə | mənbəni redaktə et]

Pol Kruqman ilk olaraq "Fortune" və "Slate" jurnallarında, daha sonra Harvard Biznes İcmalı (ing. Harvard Business Review), Xarici siyasət (ing. Foreing Policy), İqtisadçı (ing. The Economist), Harper's və Aylıq Vaşinqton (ing. Washington Monthly) jurnallarında yazılarını dərc etmişdir.

2000-ci ildən bəri həftədə iki dəfə olmaqla Nyu York Tayms qəzetində Pol Kruqmanın icmalları dərc olunur. Pol Kruqman 2007-ci ildən etibarən Tayms jurnalında da yazmağa başlamışdır.

2003-cü ildə yazılarının toplusu olan Böyük həll (ing. The Great Unraveling) kitabı nəşr edilmişdir . Bu kitabda Corc Buşun hakimiyyəti illərində olan iqtisadi və xarici siyasətlər tənqid edilmişdir. Kitab ABŞ-nin bestsellerlər siyahısında yer almışdır.

2007-ci ildə isə Liberalın vicdanı (ing. The Conscience of a Liberal) adlı kitabı yayımlanmışdır. Kitabın məzmunu XX əsr Amerikasının iqtisadi şərhi və tənqidindən ibarətdir.

2011-ci ilin mart ayından etibarən Star qəzetində Pol Kruqmanın Qlobal iqtisadiyyat adlı həftəlik yazıları dərc olunur.

  • 1991 — Con Beyts Klark mükafatı, Amerikan İqtisadi Assosiasiyası.
  • 1995 — Adam Smit mükafatı, Biznes İqtisadiyyatı üzrə Milli Assosiasiya.
  • 2000 — H. C. Rektenuald İqtisadi mükafatı, Erlenqen-Nürnberq Universiteti.
  • 2002 — İlin icmalçısı mükafatı.
  • 2004 — Asturiyas Şahzadəsi Sosial Elmlər Mükafatı, Asturiyas Şahzadəsi Fondu.
  • 2008 — İqtisadiyyat üzrə Nobel mükafatı

Pol Kruqman 2005 və 2008-ci illərdə ABŞ-nin Xarici siyasət (ing. Foreign Policy) və İngiltərənin Prospekt jurnallarının internetdə keçirdikləri sorğuya əsasən tərtib etdiyi Dünyanın ilk 100 intellektualı siyahısında 2005-ci ildə 6-cı, 2008-ci ildə isə 30-cu yerdə qərar tutmuşdur.

Seçilmiş akademik kitabları

[redaktə | mənbəni redaktə et]

İqtisadi dərslik kitabları

[redaktə | mənbəni redaktə et]

Geniş kütlə üçün nəzərdə tutulmuş iqtisadi kitabları

[redaktə | mənbəni redaktə et]
  • The Return of Depression Economics and the Crisis of 2008 (2008) ISBN 0-393-07101-4
  • The Conscience of a Liberal (2007) ISBN 0-393-06069-1
  • The Great Unraveling: Losing Our Way in the New Century () ISBN 0-393-05850-6
  • The Return of Depression Economics (1999) ISBN 0–393-04839-X
  • The Return of Depression Economics and the Crisis of 2008 (2008) ISBN 0-393-07101-4
  • The Accidental Theorist and Other Dispatches from the Dismal Science (1998) ISBN 0-393-04638-9
  • Pop Internationalism (1996) ISBN 0-262-11210-8
  • Peddling Prosperity: Economic Sense and Nonsense in an Age of Diminished Expectations (April 1995) ISBN 0-393-31292-5
  • The Age of Diminished Expectations: U. S. Economic Policy in the 1990s (1990) ISBN 0–262-11156-X

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]