Honşu canavarı[3] və ya Şamanu (Canis lupus hodophilax) (yap. 日本狼, ニホンオオカミ, Nihon Ōkami) — Canavarın (Canis lupus) yarımnövü olaraq Yaponiya adalarında yayılmışdır. Bu yarımnövdən əlavə Yaponiyada Hokkaydo canavarı adı ilə tanınan (Canis lupus hattai) yarımnövdür. Hər iki yarımnövün nəsli kəsilmiş heab edilir.
Honşu canavarı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Honşu canavarı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Yapon hondoss canavarı Yaponiya arxipelaqına daxil adalarda, əsasən Honşu, Şikoku və Kyuşuda yayılmışdırlar. Say baxımından elədə çox olmamışlar. Onların nəslinin kəsilməsinə səbəb insanlar tərəfindən kütləvi şəkildə öldürülməsi olmuşdur[4]. Bu canlının sonuncu nümayəndəsi 1905-ci ildə Nara prefekturası ərazisində ölmüşdür[5]. Bu yarım növ dünyada mövcud olmuş canavarlar arasında ölçü baxımından ən kiçiyi olmuşdur. Onlar 90 sm uzunluğa, 30 sm hündürlüyə malik olmuşlar .[6].
Hazırda dünyada cəmi bu canlının beş baş dərisi qalmışdır. Onlarln müqəvvaları Niderland və Yaponiyada saxlanılır. 1905-ci ildə ovlanmış fərqin müqəvvası isə Britaniya muzeylərindən birindədir
Yapon folklorunda canavar məzlumların köməkçisi, insanları təbii fəlakətlərdən xəbərdar edən kimi göstərilir. Bu canlı təkcə heyvan deyil həm də meşənin ruhu idi. İnsanlara qarşı xoş niyyətli olmuşdur. Əgər insanlar onlara qarşı sərt olsalar əvəzində sərtlik görərdilər.