Honlama

Honalama aləti

Honalama incə mexaniki emal üsullarına aid olub geniş material spektrinin hazırlanmasnda tətbiq olunan texnoloji əməliyyat növüdür. Əsasən deşiklərin honalama alətlərinin köməyi ilə soyuducu yağlayıcı mayedə incə emal edilməsi zamanı onun səthlərinin triboloji xassələrinin yaxşılaşdırlımasına xidmət edir. Ən çox daxili yanma mühərriklərində silindrlərin incə emalında və hidravlik elementlərin kipləşdirici səthlərinin emalında tətbiq olunur. Honalanmış deşiyin forma dəqiqliyi 5mkm və səthinin kələkötürlüyü isə Ra=0.63÷0.04 həddində olur.

Xarici səthlərin honalanması xüsusi və ya modifikasiya olunmuş pardaqlama dəzgahlarında aparılır. Tətbiq olunan hona daşlarının sayından asılı olaraq superfiniş[ing.] əməliyyatı ilə müqayisədə 2–4 dəfə çox məhsuldarlıq əldə etməyə imkan yaradır.

Prosesin əsas kinematikası uzununa irəli-geri hərəkət və honalama daşlarının eninə verişi nəticəsində formalaşır. Poladların və çuqunların emalında soyucu-yağlayıcı maddə kimi kerosin və ya onun yağla qarışığından (10%—20%li məhlul) istifadə edilir.

  • Klaus Jörg Konrad: Taschenbuch der Werkzeugmaschinen, Carl Hanser Verlag München Wien, 2002, ISBN 3-446-21859-9, S. 654