Hoqqabaz - Cem Yılmazın ssenarisini yazdığı və Əli Tanər Baltacı ilə rejissorluğunu bölüşdüyü türk sinema filmi. Filmdə bir hoqqabaz (İskəndər) və yardımçısının (Maradona) sərgüzəştlərindən bəhs olunur.
Hoqqabaz | |
---|---|
Hokkabaz | |
Janr | Komediya |
Rejissor |
Cemn Yılmaz Əli Tanər Baltacı |
Ssenari müəllifi | Cem Yılmaz |
Baş rollarda | |
Bəstəkar |
|
Distribütor | Beşikdaş Kültür Mərkəzi |
İlk baxış tarixi | 15 yanvar 2006 |
Müddət | 119 dəqiqə |
Büdcə | 9,146,764 $ |
Ölkə | Türkiyə |
Dil | Türkcə |
İl | 2006 |
Rəng | Rəngli |
Çəkiliş yeri | İstanbul, Çanaqqala ili |
IMDb | ID0827503 |
Uşaqlığından bəri sehrli şeylərə qarşı çox güclü marağı olan İskəndər təkidlə sehrbaz olacağını iddia eləsə də, yaxın dostu Maradona istisna heç kəs bunu qəbul etmir və alçaldaraq onun hoqqabaz olduğunu deyirlər. İskəndəri Kipr qazisi pensioner zabit olan atası Sait də oğlunu heç zaman təqdir etməmişdir. Çünki o da oğlunun elədiyi işdən qurur duymur.
Məcburi səbəblərə görə İstanbuldan qaçarcasına turneyə çıxmaq məcburiyyətində qalan ikili yanlarına Saiti də almalı olurlar. Ata və oğul bu turne əsnasında bir az olsun yaxınlaşalar da, yaşanacaq bir-birindən maraqlı hadisələr hər şeyin fərqli bir şəkildə getməsinə səbəb olur.