Horizon Layihəsi

HORİZON Layihəsi "New Media Consortium" tərəfindən tədris və öyrənmə üçün inkişaf etməkdə olan texnologiyaları planlaşdırmağa yönəlmiş bir təşəbbüsdür. Layihənin məqsədi Dünyanın dörd bir yanında olan tədrisçilərə və müəllimlərə öz təcrübələrini təkmilləşdirməyə peşəkarların tərcrübəsindən yararlanmasına şərait yaratmaqdır.[1]

"HORİZON-2020" layihəsinin 80 milyard avro fondu var və Avropa Birliyi tərəfindən maliyələşdirilir.[2]

Rəsədxananın əməkdaşı "HORİZON-2020"-nin qaliblərindən biri olub[redaktə | mənbəni redaktə et]

AMEA N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) "Ulduz atmosferləri fizikası və maqnetizm" şöbəsinin müdiri, f-r.ü.f.d., dosent Canməmməd Rüstəmovun təqdim etdiyi layihə Avropa Birliyinin ən böyük qrant layihəsi olan "HORİZON-2020"-nin qalib layihələrindən biri olub.

"HORİZON-2020" çərçivəsində elmi, elmi-texniki, tibb, ərzaq təhlükəsizliyi və s. sahələrdə olan layihələr Avropanın nüfuzlu mütəxəssisləri tərəfindən qiymətləndirilir.

C. Rüstəmovun təqdim etdiyi layihəyə ayrılan pulun miqdarı 10 ölkədən olan layihələrə ayrılan pulun miqdarına görə dördüncü yerdədir.

Alimin təqdim etdiyi layihədə O spectral sinfinə mənsub olan massiv ulduzların və Volf-Raye tipli ulduzların 4 il müddətində 10 ölkədən olan astronomlarla birgə tədqiqi nəzərdə tutulur.[2]

Bu tədqiqatlar zamanı müxtəlif ölkə astronomlarının hal-hazırda istifadə etdiyi, uzun illər sınanılmış üsullardan istifadə olunacaq. Elmi tədqiqatlar zamanı bütün ölkələrdən olan astronomların sınaqdan keçmiş eyni üsulu tətbiq etməsi, alınmış nəticələrin etibarlılığını artıracaq və bu nəticələrin dünya astronomları tərəfindən etibarlı nəticələr kimi qəbul olunmasına səbəb olacaq. Bu amil elmi tədqiqatlarda mühüm əhəmiyyət kəsb edən amildir.

Layihənin icrasına 2019-cu ilin yanvarından başlanacaq.

Bu tarixdən başlayaraq ŞAR-ın əməkdaşları layihədə göstərilən ölkələrə ezam olunacaq, eləcə də həmin ölkələrdən olan əməkdaşların ŞAR-a gəlişi gözlənilir.[2]

Qrant proqramı Şamaxı Astrofizika Rəsədxanasında fəaliyyətə başlayıb[redaktə | mənbəni redaktə et]

2019-cu il yanvarın 6-da bu layihə çərçivəsində Çexiya Elmlər Akademiyasının Ondrjeуev Rəsədxanasının əməkdaşı Olqa Mareva ŞAR-a elmi ezamiyyətə gəlib.

Bir ay davam edən ezamiyyətin məqsədi "HORIZON 2020" qrant layihəsinə cəlb olunan əməkdaşlarımızla tanış olmaq, bizimlə əməkdaşlığın konkret istiqamətlərini müəyyən etmək, birgə tədqiqat üsullarını müzakirə etməkdir.

Ezamiyyət zamanı Olqa Mareva ŞAR-ın 2 metrlik teleskopunda aparılan spektral müşahidələrdə iştirak edib. Qonaq bir daha şahid olub ki, ŞAR-da aparılan spektral müşahidələr hazırda qabaqcıl dünya rəsədxanalarında aparılan müasir müşahidə standartlarına tam uyğundur və bu müşahidələrlə inamlı elmi nəticələr almaq mümkündür.

Nəzərdə tutulan elmi ezamiyyətlər[redaktə | mənbəni redaktə et]

"HORIZON 2020" qrant layihəsi çərçivəsində rəsədxananın elmi işçiləri Aynur Abdulkərimovanın aprel-may, Günay Hacıyavanın iyun ayında Estoniyanın Tartu Rəsədxanasına, Aynur Abdulkərimovanın oktyabr-dekabr aylarında Çexiya Elmlər Akademiyasının Ondrjeyev Rəsədxanasına və Canməmməd Rüstəmovun Estoniyanın Tartu Rəsədxanasına oktyabr-dekabr aylarında elmi ezamiyyəti nəzərdə tutulub.[3][4]

Yanvarın 21-də Çexiya Elmlər Akademiyasının Ondrjeyev Rəsədxanasının əməkdaşları ilə "skipe" vasitəsilə video-kofrans keçirilib, fikir mübadiləsi aparılıb.

Sözügedən layihə çərçivəsində fevralın 6-da Çexiya Elmlər Akademiyasının Ondrjeyev Rəsədxanasının əməkdaşı Olqa Mareva Şamaxı Astrofizika Rəsədxanasının elmi seminarında "Volf-Raye ulduzları massiv ulduzların təkamülünün son mərhələsi kimi" adlı məruzə edib. Olqa Mareva məruzəsində Volf-Raye ulduzlarının tədqiqinin müasir vəziyyəti və ŞAR-da bu ulduzlarla əlaqədar alınan elmi nəticələr barədə məlumat verib.[4]

Sonda məruzəçi seminar iştirakçılarını maraqlandıran sualları cavablandırıb.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Horizon Report EdTech Weekly App" Archived2014–01-25 at the Wayback Machine. Retrieved on 7 Jan 2013
  2. 1 2 3 "Arxivlənmiş surət". 2022-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-15.
  3. 1 2 https://www.muallim.edu.az/news.php?id=4172&lang=
  4. 1 2 "Arxivlənmiş surət". 2019-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-15.