Canməmməd Rüstəmov

Canməmməd Rüstəmov (azərb. Canməmməd Nizam oğlu Rüstəmov; d. 02 mart 1951, Azərbaycan, Şamaxı rayonu, Qurbançı kəndi) — astronomiya elmləri doktoru, dosent, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) "Ulduz atmosferləri fizikası və maqnetizm" şöbəsinin rəhbəri[1]

Canməmməd Rüstəmov
Canməmməd Nizam oğlu Rüstəmov
Doğum tarixi (73 yaş)
Doğum yeri Şamaxı rayonu, Qurbançı kəndi
Vətəndaşlığı azərbaycanlı
Uşaqları Ülviyyə Poladova, Anar Rüstəmov, Nəbi Rüstəmov
Elm sahələri Fizika və Astronomiya
İş yeri AMEA N.Tusi ad. Şamaxı Astrofizika Rəsədxanası

Canməmməd Rüstəmov 02 mart 1951-ci il tarixində Şamaxı rayonunun Qurbançı kəndində anadan olub. 1968-ci ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin (ADU), indiki Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinə daxil olub. Fizika fakültəsinin nəzdində olan Astrofizika kafedrasında astrofizik kimi hazırlanmış və maqnit ulduzlarının spektral tədqiqinə həsr olunmuş diplom işini f.r.e.d. İ.Ə.Aslanovun  rəhbərliyi altında yerinə yetirmişdir. Astrofizika kafedrasında R.Hüseynov, T.Əfəndiyev, C.Quluzadə, İ.A.Aslanov kimi tanınmış astronomlardan dərs almışdır. 1973-cü ildə BDU-nun Fizika fakültəsini bitirdikdən sonra 4 il orta məktəbdə fizika-riyaziyyat müəllimi işləmiş, 1977-ci ildən isə Azərbaycan Milli Elmlər Akademiyasınin (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) elmi fəaliyyətə başlamışdır.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

AMEA N.Tusi adına ŞAR-da əmək fəaliyyəti:

[redaktə | mənbəni redaktə et]

1977-1982 –  “Ulduzların spektrofotometrik tədqiqi” laboratoriyasında kiçik elmi işçi;

1982-1986 – “Geniş örtüklü ulduzlar” laboratoriyasının müdir müavini;

1986-1989 – “Astronomik texnikanın modrnləşdirilməsi və təkmilləşdirilməsi” şöbəsinin müdiri;

1989-1993 – “Ulduz və dumanlıqlar” şöbəsində elmi işçi;

1993-2008  – “Səma cisimlərinin spektroskopiyası” şöbəsində böyük elmi işçi;

2008-2011  – “Səma cisimlərinin spektroskopiyası” şöbəsində aparıcı elmi işçi;

2011-2017  – “Səma cisimlərinin spektroskopiyası” şöbəsinin müdiri;

2017- dən  – “Ulduz atmosferləri fizikası və magnetizm” şöbəsinin müdiri.

C.N.Rüstəmov 1988-ci ildə Rusiya EA akdemiki, f.r.e.d., prof. A.M.Çerepaşukun rəhbərliyi altında Estoniya EA Astrofizika və Atmosfer Fizikası İnstitunun Elmi Şurasında “Anomal spektrli Volf-Raye tipli ulduzların spektral və fotometrik xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və 30 noyabr 1988-ci ildə göstərilən elmi şuranın qərarı ilə (protokol №  39/73) fizika-riyaziyyat elmləri namizədi (01.03.02- Astrofizika) alimlik dərəcəsi almışdır.

AMEA N.Tusi adına ŞAR-da elmi fəaliyyəti:

[redaktə | mənbəni redaktə et]

Canməmməd Rüstəmov elmi fəaliyyətinin ilk üç ilində (1977-1980) İ.Aslanovun rəhbərliyi altında maqnit ulduzlarının 2-m teleskopda spektral müşahidələrini aparmış və alınmış spektrlərin tədqiqi ilə məşğul olmuşdur. 1980-cı ildən isə Moskva Dövlət Universitetinin nəzdində olan Astronomiya Institunun direktoru, Rusiya EA akademiki A.M.Çerepaşukun rəbərliyi altında Volf-Raye (WR) tipli ulduzların tədqiqinə başlamışdır. Bu ulduzlar müasir astronomiyanı ən ekzotik obyektləridir, təkamülün son mərhələsində neyron ulduzlarına və ya qara dəliklərə çevrilir. Ona görə də WR ulduzlarının tədqiqi xeyli aktualdır. C.N.Rüstərmov ilk vaxtlar akademik A.M.Çerepaşukun məsləhəti ilə spektrində oksigenin yüksək həyəcanlanma potensialına (~ 186 eV) uygun OVI ll3811, 3834 şüalanma dubleti müşahidə olunan WR ulduzlarının spektral tədqiqi ilə məşğul olmağa başlamışdır. Məlumdur ki, hələ keçən əsrin 30-cu illərində WR ulduzları iki ardıcıllığa bölünmüşdü, azotkarbon ardıcıllığına. Lakin keçən əsrin 80-cı illərində üçüncü ardıcıllığa – oksigen ardıcıllığna mənsub olan ulduzların müvcudluğu məlum oldu. Bununla əlaqədar spektrində OVI ll3811, 3834 şüalanma dubleti müşahidə olunan WR ulduzlarının tədqiqi mühüm əhəmiyyət kəsb edirdi. C.N.Rüstəmov akademik A.M.Çerepaşukun rəhbərliyi altında bu ulduzların spektral tədqiqinə başladı və ilk dəfə spektrində müxtəlif intensivlikli OVI ll3811, 3834 şüalanma dubleti müşahidə olunan WR ulduzlarının kataloqu tərtib olundu. Bu kataloqa daxil olan HD 16523 və HD 17638 ulduzlarının

2-m teleskopda spektral, 70-sm teleskopda isə fotometrik müşahidələri aparıldı. Alınan spektrlərin təhlili nəticəsində bu ulduzların spektrində ilk dəfə OVI ll3811, 3834 şüalanma dubletinin qısa müddətli spektral dəyişkənliyi aşkar edildi. Spektral əlamətlərinə görə WC(WC4-WC6) ulduzları ilə  WO(WO3-WO4) ulduzlarının aralıq halına uyğun gələn WR ulduzlarının spektral təsnifi üçün ilk dəfə yeni spektral tip (WO5 tipi) irəli sürülmüş və bu spektral tipi müəyyən edən kriteriyalar verilmişdir. Göstərilmişdir ki, ən intensiv OVI ll3811, 3834 şüalanma dubleti xətləri WC4, WC5 spektral tiplərinə mənsub olan ulduzlarda müşahidə olunur və  WC7, WC8 spektral tiplərində bu şüalanma dubletinin intensivliyi tədricən azalır və müşahidə olunmur.

1988-ci ildə Estoniya Elmlər Akademiyasının Tartu şəhəri yaxınlığında, Tıravere qəsəbəsində yerləşən Astrofizika və Atmosfer fizikası İnstitunda, “Anomal spektrli Volf-Raye ulduzlarının spektral və fotometrik xüsusiyyətləri” mövzusunda dissertasiya müdafiə etmiş və fizika-riyaziyyat elmləri namizədi (01.03.02- Astrofizika) elmi dərəcəsi almışdır. Dissertasiya işində spektrində OVI ll3811, 3834 şüalanma dubleti müşahidə olunan HD 16523 və HD 17638 ulduzlarının həm də qarışıq spektral sinfə (WN+WC) mənsub olan WR145=AS422 ulduzunun spektral və fotometrik tədqiqinin nəticələri verilmişdir.

2000-ci ilin əvvəllərindən başlayaraq artıq astronomik tədqiqatlrda yeni nəsil işıqqəbuledicilərin, CCD matrislərin geniş tətbiqi ilə əlaqədar olaraq müşahidələr eşelle spektrometrlərdə və CCD fotometrlərdə aparılağa başladı. 2005-ci ildən başlayaraq C.N.Rüstəmov WR ulduzlarının 2-m teleskopda eşelle spektrometrlərlə, 60-sm teleskopda isə CCD fotometrlərdə müşahidələrini davam etdirdi. Tədqiqat obyektləri təkamülün müxtəlif mərhələlərində olan massiv sıx qoşa sistemlər oldu. Məlumdur ki, massiv sıx qoşa sistemlər ilkin mərhələdə O spektral sinfinə mənsub olan iki ulduzdan ibarətdir. Mühüm elmi maraq kəsb edən spektrl qoşa b Lyr ulduzunun ŞAR-ın 2-m teleskopunda alınmış eşelle spektrlərini tədqiq edərək mühüm elmi nəticələr əldə etmişdir.

09 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofızıka Rəsədxanasının nəzdində fəaliyyət göstərən BED 3.05 Dissertasiya Şurasında “Təkamülün müxtəlif mərhələlərində olan massiv sıx qoşa sistemlərin spektral və fotometrik xüsusiyyətləri” mövzusunda 2108.01 – Astrofizika və ulduz astronomiyası ixtisasında astronomiya elm sahəsi üzrə elmlər doktoru dissertasiyası müdafiə etmiş və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 23 iyun 2023-cü il tarixli qərarı ilə astronomiya elmləri doktoru elmi dərəcəsi almışdır.

Elmi maraq dairəsi

[redaktə | mənbəni redaktə et]

C.N.Rüstəmovun elmi maraq dairəsinə təkamülün müxtəlif mərhələlərində olan massiv sıx qoşa sistemlərin, xüsusilə bu sisemlərə daxil olan Volf-Raye tipli ulduzların spektral və fotometrik tədqiqi, massiv sıx qoşa sistemlərin daxil olduğu spiral qalaktikaların təkamül xüsusiyyətlərinin tədqiqidir. AMEA N.Tusi adına ŞAR-ın 2-m, 70-sm və 60-sm teleskoplarında aprılmış uzunmüddətli bircins spektral və fotometrik müşahidə materiallarını təhlil edərək bir sıra mühüm elmi nəticələr almışdır. 2005-ci ilə qədər olan müşahidələr klassik spektroqraf və fotometrlərlə 2005-ci ildən sonra isə AMEA N.Tusi adına ŞAR-ın 2-m və 60-sm teleskoplarında spektral və fotometrik müşahidələri müasir işıqqəbulediciləri (CCD) ilə təchiz edilmiş eşelle spektroqraf və fotometrlə davam etdirmiş, alınmış rəqəmsal təsvirləri təhlil edərək bir sıra mühüm elmi əhəmiyyət kəsb edən maraqlı nəticələr əldə etmişdir. Elmi tədqiqat işlərində həmişə qabaqcıl dünya rəsədxanalarında istifadə olunan və sınaqdan çıxmış üsullardan istifadə etmişdir.

 C.N.Rüstəmov  AMEA ŞAR-ın tədqiqat planına daxil olan “Geniş örtüklü ulduzların təkamül xüsusiyyətləri və ulduz küləyində qeyri stasionar proseslərin araşdırılması” mövzusunun və “O+O mərhələsi ilə WR+O mərhəəsi arasındakı keçidə uyğun massiv sıx qoşa sistemlərin spektral tədqiqi”  işinin rəhbəridir, Volf-Raye tipli ulduzların spektral və fotometrik tədqiqi sahəsində aparıcı mütəxəssisdir.

Xarici əməkdaşlıq və elmi uğurları

[redaktə | mənbəni redaktə et]

Canmemmed Rüstəmov astrofizika sahəsində ixtisaslaşmış xarici və yerli elmi jurnallarda dərc olunmuş 55 elmi məqalənin və bir monoqrafiyanın müəllifidir, dəfələrlə Respublika və Beynəlxalq elmi konfranslarında elmi məruzələrlə çıxış etmişdir. Xarici ölkə astronomları ilə geniş elmi əməkdaşlıq edir. Kanadanın Monreal Universitetinin, Moskva Dövlət Universitetinin, Kazan Federal Universitetinin, Çexoslovakiyanın Ondrjeyev rəsədxanasının, Estonuyanın Tartu Rəsədxanasının astronomları ilə birgə elmi tədqiqat işləri aparir. Avropanın İsveçrədəki Nüvə tədqiqatı mərkəzi (CERN), Almaniyanın ağır ionların tədqiqi mərkəzi ilə elmi əlaqələri var. Volf-Raye tipli ulduzlar və sıx qoşa sistemlərin tədqiqi Moskva Dövlət Universiteti nəzdindəki P.K.Şternberq adına Astronomiya İnstitunun professoru, akademik A.M.Çerepaşuk və onun qrupu ilə birgə yerinə yetirilmişdir. Avropa nüvə tədqiqatları mərkəzinin (CERN) əməkdaşları ilə birgə Kainatın yaranışı ilə əlaqədar olan Böyük Partlayışı araşdırır. Bu araşdırmalar nəticəsində spiral qalaktikaların mənşəyi ilə əlaqədar mühüm əhəmiyyət kəsb edən elmi nəticə almışdır. Belə ki, C.N.Rüstəmov hesab edir ki, qalaktikaların spiral quruluşunun “rüşeymi” Böyük Partlayışın ilkin mikrosaniyələrində formalaşır.

C.N.Rüstəmovun 2018-ci idə təqdim etdiyi layihə Avropanın Meqaqrantı olan HORİZON 2020-nin qalib layihələrindən biri olub. Layihənin icra müddəti 01.01.2019-cu il tarixindən 31.12.2022-ci ilə kimidir. 4 il müddətində ŞAR əməkdaşlarının Avropa rəsədxanalarına eləcə də onarın ŞAR-a elmi səfərləri nəzərdə tutulur.

C.N.Rüstəmov 2015-ci ildə Kanadanın Monreal Universitetinin professoru, A.M.Moffatın dəvəti ilə həmin Universitetdə olub. Onların nanopeyklər vasitəsi ilə apardığı müşahidələr, bu sahədəki elmi tədqiqat işləri ilə tanış olmuş və bu istiqamətdə işlər Estoniyanın Tartu Universiteti əməkdaşları ilə davam etdirilmişdir.

2004-cü ildən ŞAR Elmi Şurasının üzvüdür.

2014-2018-ci illərdə BDU-nun Fizika fakultəsində, ingilis dili qrupunda, ümumi astronomiyadan mühazirə dərslər aparıb.

2013-2019-cu illərdə  AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında  yaradılmış FD 01.241 Fəlsəfə Doktoru Dissertasiya Şurasının üzvü olmuşdur.

Ailə vəziyyəti:

[redaktə | mənbəni redaktə et]

2 oğlu bir qızı, 7 nəvəsi var.

Qızı Rüstəmova (Poladova) Ülviyyə Canməmməd qızı 1974-cü ildə Şamaxı rayonununda anadan olub, BDU-nun Tətbiqi Riyaziyyat və kibernetika fakültəsinin bakalavr və magistr pillələrini bitirmiş, Astronomiya üzrə fəlsəfə doktorudur, AMEA N.Tusi adına ŞAR-da elmi işçi işləyir.

Oğlu Rüstəmov Anar Canməmməd oğlu 1977-ci ildə Şamaxı rayonununda anadan olub, BDU-nun Fizika fakültəsini bitirmiş, fizika üzrə elmlər doktoru, professordur, hal-hazırda Avropa Nüvə Tədqiqatları Təşkilatında (CERN) işləyir.

Oğlu Rüstəmov Nəbi Canməmməd oğlu 1980-cı ildə Şamaxı rayonununda anadan olub, Azərbaycan Tibb Universitetini bitirmış, Tibb üzrə fəlsəfə doktorudur, hal-hazırda Amerikada Vaşinqton Universitetində işləyir.

1. Рустамов Д.Н., Черепащук А.М., Письма в Астрон. Журнал, РАН, Москва, 1986, Т. 12, №5, с.373-379.

2. Рустамов Д.Н., Черепащук А.М., Астрон. Журнал, РАН, Москва, 1988, Т. 65, с.1028-1036

3. Рустамов Д.Н., Черепащук А.М., Астрон. Журнал, РАН, Москва,1989,  Т. 66, с. 67-75,

4. Rustamov J.N., Cherepachshuk A.M., Astrophys. and Space Sci., 1990, V.167, рр.281-296

5. Рустамов Д.Н., Кинематика и физика небесных тел, Украина, Киев, 2009, № 6, с.336-338

6. Рустамов Д.Н., Письма в Астрон. Журнал, РАН, Москва, 2010, 36, №5, с.1-8

7. Рустамов Д.Н., Черепащук А.М., Астрон. Журнал, РАН, Москва, 2011, T 88, №4, с.380-392

8. Рустамов Д.Н., Абдулкеримова А.Ф., Кинематика и физика небесных тел, Украина, Киев, 2015, Т 31, №2, с.73-80

9. Рустамов Д.Н., Абдулкеримова А.Ф., Kинематика и физика небесных тел, Украина, Киев 2017, Т 33, №5, с. 49-58

10. Rustamov J.N., Astronomical Society of the Pacific. 2017, V 510, pp.178-180

11. Рустамов Д.Н., Основные наблюдательные особенности звезд типа Вольфа-Райе. 2015, Издательство «Элм», монография, 254 стр.

  1. "Arxivlənmiş surət". 2022-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-04.